21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir.

2003-cü ildə Azərbaycanda yeni Prezident seçkiləri keçirildi və cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin seçkilərdən ötən on səkkiz il ərzində cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçərək  bir çox iqtisadi və siyasi qələbələrə imza atmışdır. Xalqın etimadını doğruldan Prezident 11aprel 2018-ci ildə sayca 8-ci rəsmi seçki olan  növbədənkənar prezident seçkilərində yenidən səs çoxluğu ilə yenidən Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçilmişdir. 8 namizədin iştirak etdiyi sonuncu seçkidə səsvermə hüququna malik olan vətəndaşların 74.3 %-i iştirak etmiş və cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanmışdır. Şəffaf, azad, demokratik şəraitdə keçirilən Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Bu gün o, xalqın mütləq əksəriyyətinin etimad göstərdiyi lider kimi ölkəmizi  müstəqil, inkişaf etmiş və ərazi bütövlüyü təmin edilmiş dövlət kimi bütün  dünyada təmsil etməkdədir. Azərbaycan xalqı bu seçimi ilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs verib.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində demişdir; “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

Bəli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 2018-ci ildə Azərbaycan xalqına verdiyi sözü 2020-ci ildə yerinə yetirdi. Bugün biz qalib ölkəyik, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilib. Müstəqil Azərbaycan dövləti, dünya liderləri sırasında xüsusi yeri olan, güclü liderlik istedadı olan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.

Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur. Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir. Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan etdi. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkə həyatının bütün istiqamətlərində, o cümlədən siyasi-hüquqi sahədə köklü islahatların aparılmasını mümkün etmişdir. Ötən dövr ərzində Azərbaycan Respublikasının seçki sistemi müxtəlif mərhələlərdən keçərək inkişaf etmiş, konstitusiya təminatları da daxil olmaqla, qanunvericilik və təcrübə baxımından təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. İndiyə qədər ölkəmizdə keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsvermələrinin (referendumların) təcrübəsi göstərir ki, Azərbaycanda əhalinin seçki mədəniyyəti kifayət qədər yüksəlmiş, effektiv ictimai nəzarəti təşkil etməyi bacaran, məsuliyyətli və tələbkar seçici nəsli yetişmişdir. Növbədənkənar Prezident seçkiləri də məhz belə şəraitdə keçirilmiş, xalqın iradəsini dolğunluqla əks etdirmişdir. Seçki prosesində bilavasitə iştirak etmiş maraqlı tərəflər, seçkilərin bütün mərhələlərini diqqətlə izləmiş yerli və xarici müşahidəçilər bu faktı təsdiq etmişlər.

Prezidentliyə namizədlərdən biri – fəaliyyətdə olan Prezident cənab İlham Əliyev əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də öz təşviqat kampaniyasında şəxsən iştirak etməmişdir. Digər namizədlərin isə hər biri yaradılmış əlverişli imkanlardan özünün və komandasının qurduğu strategiyaya uyğun yararlanmışdır.

Seçkiqabağı kampaniyanın televiziyalarda işıqlandırılmasının monitorinqi də göstərmişdir ki, özəl telekanallarda digər namizədlərin hər birinin təşviqatına dair materiallar fəaliyyətdə olan Prezidentin təşviqindən bir neçə dəfə çox olmuşdur.

MSK-nın yekun məlumatına görə, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak etmiş və onların 86.02 faizi cənab İlham Əliyevə səs vermişdir. Rəsmi açıqlanan rəqəmlər “exit-poll”ların nəticələrinə yaxın olmuşdur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş xarici siyasət.

Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin xalqın və dövlətinin mənafeyinə köklənmiş fəaliyyəti sayəsində ölkədə dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik təmin edilmişdir.

2003-2018-ci illər ərzində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlərdən üzüağ çıxaraq regionun ən güclü dövlətinə və nüfuz sahibinə çevrilmişdir. Bu illər ərzində Azərbaycan xalqının vətənpərvərlik ruhu yüksəlmiş, azərbaycançılıq ideologiyası formalaşmışdır və Azərbaycan xalqı dünyanın hansı ərazisində yaşamasından asılı olmayaraq,  bütün məsələlərdə Vətəni ilə həmrəylik nümayiş etdirir.

Azərbaycan Prezidentinin dövlətçilik siyasətinin prioritet məsələlərindən biri də müasir texnika və döyüş sursatları ilə təchiz olunmuş, mükəmməl təlim keçmiş hərbçilərdən ibarət güclü ordu yaradılması olmuşdur.

2016-cı ilin aprel döyüşləri Azərbaycanın qələbə əzmini və buna qadir olan güclü ordusunun qüvvəsini bütün beynəlxalq aləmə və bilavasitə Ermənistana nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının öz torpaqlarını qaytaracağına və ədaləti özünün bərpa edəcəyinə zəmin yaratdı.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan misli görünməmiş diplomatik uğurlar qazanmışdır. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan qırx dörd günlük Vətən müharibəsi zamanı əksəriyyəti qərəzli mövqe sərgiləyən müxtəlif nüfuzlu mətbuat orqanlarının müxbirlərinə Prezidentin verdiyi tutarlı cavabları və bir sıra dövlət rəhbərləri ilə apardığı danışıqlar onun beynəlxalq nüfuzunun bariz nümunəsidir. Müharibədə əldə etdiyimiz qələbə də düşünülmüş daxili və xarici siyasətin uğurlu nəticəsidir. Azərbaycan öz siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirdikdən sonra dövlətin beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir. Cənab İlham Əliyev təcrübəli siyasətçi və dövlət xadimi olaraq BMT, AŞPA, ATƏT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından bir sıra məsələlərin həlli istiqamətində qətiyyətli çıxışlar etmiş, onun humanist təşəbbüs və təklifləri hörmətlə qarşılanıb.

Azərbaycan siyasi və iqtisadi sahələrlə yanaşı, ictimai sahələrdə də böyük uğurlar qazanmışdır. Belə uğurlu fəaliyyət sahələrindən biri də idmana verilən xüsusi diqqətdir. Bunun nəticəsi olaraq artıq 15 il ərzində Azərbaycan idimançıları Olimpiya oyunları və dünya və Avropa birinciliklərində  ölkəmizi layiqincə təmsil edirlər. 2015-ci ildə ölkəmizdə keçirilmiş Birinci Avropa oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının təşkili, idmançılarımızın qazandıqları uğurlar dövlətin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Azərbaycan Avropa oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə nail olmuşdur. İdmana göstərilən qayğı dövlətin sağlam gənclər yetişdirlməsində atılan addım kimi də qiymətləndirilə bilər.

Azərbaycanın beynəlxalq aləmdə, ictimai-siyasi məsələlərdə, daxili siyasətində əldə etdiyi uğurlar dövlət başçısının düzgün qurulmuş dövlətçilik siyasətinin nəticəsidir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Milli həmrəyliyin qorunmasına xidmət edən fəaliyyət.

Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir. Davos Forumunun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir.

Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.

Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb edir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamız transmilli enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Ötən illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafını xüsusi qeyd etməliyik. Milli-mənəvi dəyərlərimizin təbliğinə, mədəni həyatımızın zənginləşməsinə göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanıdılmasında böyük nailiyyətlər qazanmağa imkan vermişdir.

Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir.

Gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıdır. Bu mövqedən çıxış edərək ötən illər ərzində ölkəmizdə gənclərlə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir. Onun əsas qayəsini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq və yüksək intellektual potensiala malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil etmişdir. Bu sahədə atılan addımlar gənclərin cəmiyyətimizdə özlərini təsdiq etməsində mühüm rol oynamış, onların vətənimizə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsir göstərmişdir.

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələrə malikdir. 2016-cı ilin aprel ayında Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizin bir hissəsini işğalçılardan təmizlədi. Bununla da Azərbaycan Böyük qayıdış üçün ciddi addımını atdı. Hər birimiz indi erməni qəsbkarlarının vaxtilə işğal etdiyi Cocuq Mərcanlı kəndində Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçiririk. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.

Dünyanın ən böyük azərbaycanlısı Ulu Öndər Heydər Əliyev hər zaman azərbaycanlı olmağı ilə qürur duyduğunu böyük iftixarla bəyan edirdi.
Ulu Öndərin Yer üzündəki azərbaycanlıların dillər əzbərinə çevrilən bu sözləri həm də millətimizin parlaq gələcəyinin məhz azərbaycançılıq ideologiyası ilə sıx bağlı olmasına bir işarə idi.  Azərbaycan xalqı olaraq biz bu həqiqətə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində əyani şahid olduq. Həmin 44 gün ərzində xalqımızın hər bir üzvünün, eləcə də soy-kökü ilə Azərbaycana bağlı olan həmvətənlərimizin ölkəmizin dar günündə həmrəylik nümayiş etdirməsi, bütün cəbhələrdə savaşa atılması, müzəffər sərkərdə İlham  Əliyevin “dəmir yumruğu”na çevrilərək düşmənin başını əzməsi sayəsində torpaqlarımız işğaldan azad edildi, Qarabağın ürəyi Şuşada Zəfər təntənəsi yaşandı.
Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhtəşəm həmrəylik isə Ümummilli Lider Heydər Əliyevin hər zaman təbliğ etdiyi azərbaycançılıq ideologiyasının məntiqi qələbəsi idi.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur.

Növbədənkənar prezident seçkilərində səsvermədən iki gün əvvəl – aprelin 9-da Prezident cənab İlham Əliyev 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin iclasında islahatların davam etdirilməsinin vacibliyini vurğulamış və görüləcək işlərlə bağlı mülahizələrini açıqlamışdı. Cənab Prezident qeyd etmişdi ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq, vergi, gömrük sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi davam etdiriləcək, institusional və digər tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Prezidenti sənayenin, aqrar sahənin dəstəklənməsi və infrastrukturun inkişafı istiqamətində də işlərin davam etdiriləcəyini, məşğulluğun artırılması, yoxsulluğun azaldılması və sosial təminat istiqamətində mühüm addımların atılacağını bildirmişdi. Cənab İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində isə növbəti müddətdə dövlət başçısı postunda fəaliyyətinin əsas istiqamətlərini bəyan etdi. O, seçkiqabağı təşviqat mərhələsində digər namizədlərin də səsləndirdiyi fikirlərin və təkliflərin nəzərə alınacağını, qaldırılmış məsələlərə diqqətlə baxılacağını xüsusi vurğuladı. Prezident cənab İlham Əliyev növbəti illərdə də bütün sahələrdə islahatların davam etdiriləcəyini, dövlət siyasətinin mərkəzində Azərbaycan xalqının köklü maraqlarının, maddi, mənəvi və sosial tələbatlarının dayanacağını qeyd etdi. Azərbaycan Prezidenti islahatların əsas strategiyasının ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirmiş, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.

Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yeniləşmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – Prezident İlham Əliyev.

2018-ci il aprelin 11-də Azərbaycanda 8 namizədin iştirakı ilə keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq cənab İlham Əliyev seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalq növbəti dəfə öz seçimini etdi. Azərbaycanın tərəqqisi, aydın inkişaf yolu, rifahı və əbədi müstəqilliyi məhz bu seçimdən keçirdi. Xalq səhv etmir və edə bilməz. Məsud gələcək, nəsildən-nəslə ötürülən dəyərlər və babalarımızın bizə əmanət qoyduğu Vətən torpaqlarının təhlükəsizliyi bu qərardan asılı idi.

İlk dəfə 2003-cü ildə xalqın etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyevin prezidentlik dövrü quruculuq, yenidənqurma illəri kimi yadda qaldı. Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasətini uğurla davam etdirən Cənab Prezidentin siyasi hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, siyasi gücü-qüdrəti və iqtisadiyyatı daha da artdı, beynəlxalq müstəvidə mövqeyi, nüfuzu xeyli gücləndi. 2018-ci il seçkilərində qazandığı parlaq qələbə isə xalqın öz liderinə olan sonsuz məhəbbəti, inamı və gələcəyinə etibarı idi. 2003-2018-ci illərdə Prezident cənab İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına nail olmuş, onun siyasi və iqtisadi nüfuzunun artması və regional gücə çevrilməsini təmin etmişdi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – fikrini səsləndirən Prezident cənab İlham Əliyev bu illər ərzində davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edib.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artdı. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endi. Bütün bunların nəticəsi olaraq 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirdi. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etdi, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində aparılan planlı işlər öz səmərəsini verdi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə olundu. Bu istiqamətdə böyük meliorasiya tədbirləri görüldü, dörd böyük su anbarı tikilərək istifadəyə verildi.

İqtisadiyyatın inkişafı ilə yanaşı müstəqil Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeləri də gücləndi. 2003-2018-ci illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və uğurlu diplomatik gedişlər, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və digər bu kimi nüfuzlu qurumların tribunasından səsləndirdiyi qətiyyətli bəyanatlar və bir çox məsələlərdə onun rəyinə göstərilən hörmət ölkəmizin siyasi mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən, sözü və əməli eyni olan ölkə, etibarlı tərəfdaş kimi tanınır. Təbii ki, bu status məhz Prezident cənab İlham Əliyevin liderlik istedadı, yüksək diplomatik qabiliyyəti və siyasi nüfuzunun vəhdəti nəticəsində qazanıldı.

Prezident cənab İlham Əliyevin siyasi hakimiyyəti dövründə strateji hədəflərə nail olundu, peşəkar ordu quruculuğu müvəffəqiyyətlə həyata keçirildi, Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində mükəmməl standartların tətbiqi, genişmiqyaslı və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri nəticəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasına daxil oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordusundan da biridir. Məhz bu Ordu 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər səhifəsini yazdı. 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət, döyüş taktikası və hərbi innovativlik bütün dünyanı özünə cəlb etdi. Hazırda məhz bu döyüşlərin taktika və texnikası dünyanın bir sıra hərbi mərkəzlərində dərindən öyrənilir.

Əminliklə söyləmək olar ki, Azərbaycan tarixinin 2003-2018-ci illəri əhatə edən dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident cənab İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib Azərbaycançılıq məfkurəsini daha da dərinləşdirdi. Bugünki Azərbaycan dünyanın bütün nöqtələrində yaşayan hər bir azərbaycanlının fəxr etdiyi, qürur duyduğu, arzuladığı Vətənidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür.

Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlətimizin başçısının reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə – Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, O, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. “Bizim dayağımız xalqdır”,- deyən dövlətimizin başçısının müdrik siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir. Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət nəticəsində 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin 15 il ərzində gördüyü işlərin xalqımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilməsi və ona etimad göstərilməsi xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqın Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevi alternativsiz və uzaqgörən lider kimi qəbul etməsi onun uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsidir. Yürüdülən siyasətin başlıca məqsədi, atılan bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və xalqımızın təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Aprelin 11-də milyonlarla Azərbaycan vətəndaşı yüksək fəallıq, sevgi və məhəbbətlə yenidən İlham Əliyevə səs verərək sonsuz inamlarını ifadə ediblər. Prezident postuna keçirilən sayca 8-ci rəsmi seçkidə hər bir azərbaycanlının inam və etimad ünvanı, güvənc və ümid yeri, layiqli rəhbəri, hamisi və mərhəmətli xeyirxahı kimi dövlətimizin başçısı  ürəkləri fəth edib. Azərbaycanı güclü, qüdrətli edən məhz bu inam, etimaddır. Uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır – Lider amili!

Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev yenidən Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Hərbi quruculuq siyasəti Azərbaycan Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mahiyyət və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaradıb. Dünyanın ən peşəkar orduları ilə bir sırada dayanan Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, müasir texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu, vətənpərvərliyi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması kimi müqəddəs vəzifələrin döyüş meydanında həllində mühüm rol oynayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki verərək geri çəkiliblər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirib və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırıblar. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.

Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən əhəmiyyətli islahatların, atılan taleyüklü addımların müsbət nəticələrini 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahidi olduq. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz illərdir davam edən Qarabağ münaqişəsinə son qoyub. Prezident cənab İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atıb. Müzəffər Ali Baş Komandan son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytarıb, tarixi ədaləti bərpa edib. “Qarabağ Azərbaycandır və nida” həqiqəti “dəmir yumruq” əməliyyatında Böyük Qələbəmizin, Zəfərimizin rəmzinə çevrilib.  Azərbaycan dövləti XXI əsrin müharibəsini aparmaqla beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail olub, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürüb, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf edib.

Fəxarət hissilə bildiririk ki, müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  2-ci Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrilib. Bu Zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırıb, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəldib. Qarabağ Azərbaycandır!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Vüsal Rəhimov

 

 

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.

Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə – xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha sadə bir həqiqəti ortaya qoydu ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.

Aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən Prezident cənab İlham Əliyev deyib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.

Ötən dövr ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Təsadüfi deyildir ki, dünyada iqtisadi və maliyyə böhranlarının, təhlükələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq ölkəmizin sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisi təmin edilib. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə regionun humanitar, siyasi, iqtisadi, mədəni, idman, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycanımız müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Azərbaycanın bugünkü reallıqlarına nəzər salarkən fəxrlə söyləyə bilərik ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində layiqli yerini tutub. Ən əsası, bütün bu uğurlar fonunda Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir, dövlətçiliyi sarsılmaz olur.

Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Azərbaycan dövləti beynəlxalq şəraitdən asılı olmayaraq yerləşdiyi bölgədə baş verən proseslərin gedişinə ciddi təsir göstərir.  Dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq münasibətlər məkanında layiqli yer tutan ölkəmizdə həyata keçirilən xarici siyasət və diplomatik uğurlar Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Konkret desək, Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanımızın Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, ATƏT, NATO, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə oluna bilər.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

 

2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.

Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.

Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Möhtərəm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə yüksək etimad göstərib və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs verdilər. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.

2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı cənab Prezident cənab İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir

Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”;

Ötən 20 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Möhtərəm Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident cənab İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir.

2003-2018-ci illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçmiş, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişmişdi. Bu, dövlət başçımızın regionlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Bütün bu gerçəkliklər Prezident cənab İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəltmişdi.

2003-cü ildən keçən dövr Azərbaycanda sürətli inkişaf dövrü olmuş və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən Prezident cənab İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmiş, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.

Dövlətimizin apardığı daxili siyasət özünü tam doğrultmuş, Azərbaycan sabitlik adasına çevrilmişdi. Hamımızın bildiyi kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Dayanıqlı sabitliyin təmin olunması üçün möhtərəm prezidentimiz mərkəzində xalq, sadə ölkə vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanan düzgün siyasət aparmışdır. Xalq-iqtidar birliyi Azər­baycanda sabitliyi şərtləndirən əsas amil idi və bu amil gündən-günə güclənirdi.

Azərbaycanda vicdan azadlığı tam təmin edilmişdir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır.

2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident cənab İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara, xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətə səs vermiş oldu.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

2003-2018-ci illər yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf edən dövrüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdur.

2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir.
Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı). Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənmişdir.
Su təchizatı məsələləri əsasən öz həllini tapmışdır. 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır. Bu illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüşdür. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.
Həmin illərdə böyük idman uğurları əldə olunmuşdur. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Xalqımız 2003-cü ildən 2018-ci ilədək ölkəmizin qazandığı uğurların fonunda seçki prosesində fəal iştirak edərək inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günündə yenə də beynəlxalq və yerli təşkilatların keçirdikləri “exit-poll”lar səsvermənin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.

Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də müdrik seçim etmişdir. Azərbaycanın bugünkü inkişafı Prezident cənab İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun iqtisadi qüdrəti daha da artıb,  beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

Vətən müharibəsinin gedişatında reallıqlar hər gün daha da aydın şəkildə gün işığına çıxırdı. Nəticədə isə sübut olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız hər hansı bir zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış bir düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə çaldı. Müharibə bir neçə istiqamətdə qızğın xarakter alır, Azərbaycan isə bütün istiqamətlərdə Ermənistanı və onu himayə edən qüvvələri hər keçən gün bir az daha artıq məhv edirdi.

Tariximizə yazılan Zəfər Günü dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə  atdığı qətiyyətli addımların,  ölkəmizdə  xalq-iqtidar birliyinin,  xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamının  və məhəbbətinin, onun ətrafında yumruq kimi birləşməsinin dünyaya təqdimatı oldu. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəsini güclü, qüdrətli, xalqının yenilməz, məğrur görmək istəyən Lider daim gələcəyə hesablanmış strategiya üzərində çalışacaq, bu strategiyanı  təqdim edəcək və onun uğurlu icrasına səy göstərəcək.

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasına yol açan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun  Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi və siyasi müstəqilliyini təmin etdi,  etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi.

Beynəlxalq aləmdə xoşbəxt, islahatçı  ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. 2020-ci ilin Zəfəri xoşbəxtliyimizin ən böyük göstəricisidir. Ölkəmizin  sözünün imzası qədər dəyərinin artması, beynəlxalq hüquqa əsaslanan siyasəti artıq tarixin arxivinə verilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  həllini reallığa çevirdi. Cənab İlham Əliyevin qətiyyəti, dəyişməz mövqeyi sayəsində Azərbaycan Ordusu tarix yazdı. Bu Zəfər çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda əbədi yaşayacaq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır.

Cəhalət, kütləvi savadsızlıq, cəmiyyətin inkişafı üçün ən əhəmiyyətli məslələrdən biri təhsilin inkişaf etdirilməsidir. Necə deyərlər, təhsil uğurlu gələcəyə aparan yoldur. Bu yolda işığı göstərən amildir. Hər bir millətin uğuru, onun daxili və xarici inkişafı, beynəlxalq arenalarda çıxış etməsi, müəyyən məsələlərin çatıdırılmasında əsas rol təhsildir. Buna görə də dövlət yaradılarkən daxili siyasətin əsasında təhsilin inkişafı durur.

Biz dövlətimizdə yaradılmış gənclər siyasətinin əhəmiyyətindən və gənclərimizin inkişafındakı rolundan danışırıq. Amma bilməliyik ki, bizə uğurlu gələcəyi təmin edən gənclərin olması ilə bərabər, həm də onların təhsilli olmasıdır.

Təbii ki, diqqət etsək illərdir, təhsilimizə verilən dəyərin, onun inkişafı üçün atılmış addımların şahidi olarıq. Bu addımlar iki istiqamətdə gedir. Həm təhsilalanların daha keyfiyyətli təhsil almasının təmin olunması, həm də təhsil verənlərin ehtiyaclarının nəzərdə saxlanılmasına. Burada təhsil verənlərin – müəllim-pedaqoq heyətinin inkişafının təmin olunması əsas rol oynayır.

Dövlətimiz tərəfindən müəllimlərin inkişafı və motivasiyası üçün böyük addımlar atılır. Müəllimlərin şəxsi inkişafı və biliklərinin artırılması üçün müəyyən kurslar, müəllimlərin beynəlxalq arenalarda çıxış etməsi, olimpiada və müəyyən yarışlarda iştirakı prioritet məsələlərdən biridir. Xüsusən hər il müəllimlərin maaşlarının artırılması, onların rifahının yaxşılaşdırılmasının düşünülməsi təqdirəlayiq addımdır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın