19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycan çox ağır durumda idi. Ulu Öndərin qayıdışı Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Azərbaycanın dövlətçilik tarixində 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu Öndər Heydər Əliyev özünün müdrik, titanik fəaliyyəti ilə bir daha sübut etdi ki, ən ağır, böhranlı vəziyyətdən belə çıxış yolu var. Bu çıxış yolu qətiyyət, cəsarət, müstəqil siyasət və düşünülmüş addımlardır.

Azərbaycanın qurucusu olduğunu ölkəmizə rəhbərliyinin hər iki dövründə əməli fəaliyyəti ilə nümayiş etdirən, xalqın milli məfkurə və təfəkkürünü inkişaf etdirməklə ən böyük azərbaycanlı olduğunu sübuta yetirən, dünyanın bütün ölkələrinə səpələnmiş soydaşlarımızı vahid azərbaycançılıq məfkurəsi ətrafında təşkilatlandıran, xalqı cəmiyyətin siyasi sistemində aparıcı qüvvə, möhtəşəm siyasi güc mərkəzi kimi birləşdirən Ulu Öndər özünün şəxsi nümunəsi ilə bir daha təsdiqlədi ki, mənalı həyatını xalqına həsr etmiş tarixi şəxsiyyətdir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycan yaradan Ümummilli Lider ölkəmizi qısa zamanda sabitlik diyarına çevirdi. Bildirdi ki, əgər ölkədə ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və davamlı inkişafının əsasını qoydu. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın bugününə və sabahına inamı artırdı. Yeni-yeni sazişlər, anlaşma memorandumları imzalandı, Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək imkanları genişləndi.

Ümummilli Lider Azərbaycanın beynəlxalq aləmdə təqdimatını apardı, onun uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin imzası imzalar arasında göründü. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində bu gün Azərbaycan dünyanın ən mötəbər nüfuzlu beynəlxalq təşkilatlarında – BMT-də, ATƏT-də, AŞ PA-da, İƏT-də, Qoşulmama Hərəkatında tamhüquqlu üzv kimi təmsil olunur, NATO-nun, Avropa Birliyinin proqramlarında iştirak edir. İndi elə bir qlobal məsələ yoxdur ki, orada Azərbaycanın mövqeyi nəzərə alınmasın. Ölkəmizin Şərqlə Qərb arasında körpü olmasının, enerji-nəqliyyat mərkəzi kimi maraq doğurmasının, sivilizasiyaların qovuşduğu məkana çevrilməsinin əsasında da Ulu Öndərin hər zaman üçün aktual olan ideyaları durur.

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın