18.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir.

Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Sadalanan platformalar çərçivəsində qloballaşma şəraitində milli mədəniyyətlərin qorunması, eləcə də dünyada birgə yaşayışın təmin edilməsi ilə bağlı yaranan çağırışlar əhatəli şəkildə müzakirə olunur və səmərəli təkliflər səsləndirilir.

Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından da son dərəcə önəmlidir. Tədbirlərə qatılan əcnəbi qonaqlar respublikamızdan zəngin təəssüratlarla ayrılırlar və öz ölkələrinə çox mühüm mesajlar aparırlar. Belə mühüm platformalardan biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Cənab Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar.

Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın