Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratdı və hər kəs bu reallığı qəbul etməlidir
Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratdı və hər kəs bu reallığı qəbul etməlidir
Möhtəşəm Zəfərlə başa çatan 44 günlük müharibənin hər anı şanlı tariximiz olaraq yaddaşımıza həkk olundu. Bəli, döyüşlər zamanı hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu gün biz qürur hiss ilə qeyd edirik ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu vətənpərvərliyin və əsgər andına sadiqliyin bariz nümünəsi idi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Məğlubiyyət ermənilər üçün qaçılmaz idi. Ermənistan eyni zamanda mənəvi məğlubiyyətə uğradı və müharibə dövründə 10 mindən çox fərarisi oldu. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən insanlığa sığmayan əməllərini davam etdirərək mülki əhaliyə qarşı hərbi cinayətlər törətmiş, dinc əhalini ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutmuşdur. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmış, beş mindən çox evə ziyan dəymişdir.
Ali Baş Komandanı İlham Əliyevin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbənin əbədiləşdirilməsi naminə Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin Hərbi Qənimətlər Parkının salınması xüsusi diqqətə və alqışa layiqdir. Parkdakı sərgilənən eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları qələbəmizi təcəssüm etdirməklə yanaşı dünyaya erməni vandalizminin nümayişini təmin edir.
Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratdı və hər kəs bu reallığı qəbul etməlidir. Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan, qətiyyətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istəyinə daim nail olacaq.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Bu bir tarixi həqiqətdir ki, güclü xalq, güclü dövlət, güçlü lider vəhdəti müstəqil və müasir Azərbaycanı qüdrətli dövlətə çevirib
Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparılır. Artıq bu tarixi, əbədi ərazilərimizdə yeni həyat başlayır, Böyük Qayıdış başlanıb. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ədalətli və ləyaqətli mübarizəsini qəbul etməyən bəzi revanşist qüvvələr sülh və normalaşma prosesinə maneə olmaq, əngəl yaratmaq istəsə də onlar öz niyyətlərinə çata bilməyəcəklər. Məğlub edilmiş ölkə hər hansı iddia edə bilməz. Özü də Ermənistan kimi 30 ilə yaxın işğalçılıq siyasəti nəticəsində humanitar, ekoloji fəlakət törədən, şəhər və kəndlərimizi talan edən, tarixi-dini-mədəni irsimizi məhv edən bir terrorçu ölkə bundan sonra heç bir mənfur niyyətinə nail ola bilməz. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını birmənalı yerinə yetirməli və Azərbaycanın diqtə etdiyi qaydalara əməl etməlidir. Ermənistanın nicatı məhz bu yoldan keçir, əks təqdirdə məhv olmağa daha tez düçar olacaqdır!
Bu bir tarixi həqiqətdir ki, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanı qüdrətli dövlətə çevirib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan, Zəfərlər Ölkəsi olan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir. Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər deməyə əsas verir ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edəcək.
Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc