AZƏRBAYCAN İLƏ ŞİMALİ MAKEDONİYA ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!
ZƏRBAYCAN İLƏ ŞİMALİ MAKEDONİYA ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!
Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir.Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan Balkanlarda yerləєən Şimali Makedoniya üçün də cəlbedici ölkədir.Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Cənab Prezident İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşü iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək baxımından mühüm hadisədir. Görüş zamanı tərəflər siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini diqqət mərkəzinə çəkdilər. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslı xarici siyasətin növbəti uğurlu təzahürüdür. Azərbaycan və Şimali Makedoniya arasındakı diplomatik əlaqələrin əsası 1995-ci ildə qoyulub. İllər ərzində iki ölkə müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirib. Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahələrində Azərbaycan və Şimali Makedoniya yaxın tərəfdaş kimi çıxış edirlər. Azərbaycan Cənubi Qafqaz regionunda strateji enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Şimali Makedoniya isə Avropa İttifaqına inteqrasiya yolunda Azərbaycanın təcrübəsindən faydalana biləcək ölkələrdəndir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə reallaşan TAP və TANAP layihələri Şimali Makedoniya da daxil olmaqla Balkan regionuna sabit enerji təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub. Şimali Makedoniya Azərbaycanın enerji ixrac marşrutlarına qoşulmaqda maraqlıdır və bu, ölkənin enerji təminatını şaxələndirməyə kömək edəcək. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Əməkdaşlığımızın davamlı və səmərəli olacağı şübhəsizdir. Azərbaycanın uğurlu xarici siyasəti isə ölkəmizin beynəlxalq arenada rolunu daha da möhkəmləndirməkdə davam edir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova