03.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Daha heç kimin sözünə inanmırıq” – Zelenski

  • DÜNYA
  • 31 Mart 2022
  • 1.730 BAXIŞ SAYI
“Daha heç kimin sözünə inanmırıq” – Zelenski

“Rusiyanın Kiyev və Çerniqova hücumlarını azaltmaq qərarına baxmayaraq, hələ də işğalı davam edir”. 

Qafqazaz.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O, Rusiya -Ukrayna nümayəndə heyətinin İstanbulda keçirdiyi görüşdən sonra Rusiya Müdafiə Nazirliyinin verdiyi sözlərini  tutmadığını bildirib.

Ukrayna ərazisinin hər qarışı üçün mübarizəyə davam edəcəklərini bildirən Zelenski, “Bəli, davam edən danışıqlar prosesi var. Amma bunlar hələ də boş sözlərdir. Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı başqa sözlər də var. Guya bu istiqamətlərdə işğalçıların fəaliyyəti azalacaq. Biz bilirik ki, bu, diqqəti yayındırmaq deyil, geri çəkilməyin nəticələridir. Müdafiəçilərimizin işinin nəticəsi. Amma eyni zamanda biz görürük ki, rus qoşunları Donbassda yeni hücumlar üçün toplanır. Daha biz heç kimin sözünə inanmırıq Döyüş meydanında real vəziyyət var. Ən əsası, biz heç nədən vaz keçməyəcəyik və hər qarış torpağımız, xalqımızın hər qarışı uğrunda mübarizə aparacağıq”, – deyə o bildirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın