“Nokia” və “Apple” Rusiyaya tədarükünü dayandırdı
“Nokia” şirkəti Rusiya əleyhinə sanksiyalara uyğun olaraq öz avadanlıqlarının tədarükünü dayandırıb.
Qafqazaz.com–un “Reuters”ə istinadən verdiyi xəbərə görə, şirkət Ukraynada baş verən hadisələrə əsasən məhsulun tədarükündə rusiyalı tərəfdaşlarla əməkdaşlığa son qoyduqlarını bildirib.
“Bu, sürətlə inkişaf edən mürəkkəb bir vəziyyətdir və biz bunu qiymətləndirməyə davam edirik”, – şirkət rəsmisi jurnalistlərə deyib.
Qeyd edək ki, daha öncə “Apple” şirkəti də belə bir addım atıb.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın