28.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Polad Həşimovla bağlı film çəkilib

Polad Həşimovla bağlı film çəkilib

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

“Azərbaycanfilm” kinostudiyasından Qafqazaz.com a verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri “Salnaməfilm” studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunub.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın