SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir
SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.
Qanunla.Az xəbər verir ki,növbəti həftə (03-06.10.2022 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı ), 2-ci günü saat 14:00-dan 15:00-dək Bərdə rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Yevlax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağdam rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın