22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev

Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev

Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev.

Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan partiyası Azərbaycan tarixinin çox çətin, keşməkeşli ,ağır sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Müharibə şəraiti,müstəqilliyi itirmək təhlükəsi, cəbhədə baş verən hərbi uğursuzluqlar cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdır. Ölkədə gedən xoşagəlməz proseslər,böhran , iqtisadi tənəzzül,siyasi sabitlik və müstəqilliyimizə zərbələr vurmuşdur. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları , ziyalılar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratmaq qərarına gəldilər. Yeni Azərbaycan partiyasının təsis konfransını Bakıda keçirməyə imkan vermədilər. Buna görə də təsis konfransı 550 nəfər təşəbbüs qrupu və Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Həmçinin , partiyanın Siyasi Şurası,İdarə həyəti və sədrin müavinləri seçildi. Və beləliklə, 1992 -ci il noyabrın 21 -də öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın yaradılmasına qarşı edilən maneələrə baxmayaraq Ulu öndərin müdrikliyinə inam onun ətrafında birləşənlərin sayını artırdı. Az bir müddətdə partiyanın nüfuzu və rolu artdı.

1993-cü illərdə vətəndaş müharibəsinin hökm sürdüyü dövrlərdə cəmiyyətimizin ümidləri yenə də Heydər Əliyevə idi . Xalqımız sabitliyin, rifahın ,dirçəlişin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bərqərar olacağına inanırdı .Çünki, xalqımızın başına gələn faciəvi müsibətlər zamanı tək bir şəxs , Heydər Əliyev öz etiraz səsini ucaltmışdır,bütün həyatı təhlükələrə baxmayaraq xalqımızın müdafiəsinə qalxmışdır. Və bu inamı qazanan Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və qısa müddət ərzində siyasi vəziyyəti sabitləşdirdi,ölkəmiz inkişaf yoluna qədəm qoydu.O ildən bu günə qədər biz yalnız və yalnız inkişaf yolu ilə gedirik.Ümummilli liderimiz  Heydər Əliyevin atdığı hər bir addım Azərbaycanın çiçəklənməsinə ,xalqımızın rifahına gətirib çıxartdı. Heydər Əliyev yolu bu gün davam etdirilir və bu Azərbaycan dövləti üçün ən uğurlu siyasi yoldur. Çünki məhz bu yol bizi qələbəyə ,zəfərə çatmagimıza şərait yaratdı.

Ulu Öndərin sayəsində Yeni Azərbaycan Partiyasına inam artdı ,partiya nüfuz qazandı ,əhatə dairəsi genişləndi və bu gün demək olar ki, bütün seçkilərdə partiya böyük üstünlüklə qələbə qazanır.Ulu öndərimiz cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi və özünün dediyi kimi ,, dünənin,bu günün,sabahın partiyası” səviyyəsinə yüksəltdi.

 

Zərdab rayonu Çallı kənd tam orta məktəbin ibtidai sinif müəllimi- Aydan Vahidli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın