19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir

“Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən birini Avropa ölkələri ilə münasibətlər təşkil edir. Bu istiqamətdə Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Müstəqillik qazandıqdan sonra Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri əhəmiyyətli və ikitərəfli əlaqələrimizə mühüm töhfə olacağını göstərir. Həmçinin səfər bütün sahələr üçün, xüsusilə iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə gətirib çıxaracaqdır.
Azərbaycanda əlverişli biznes mühütünün mövcudluğu hamıya aydındır, bu litvalı investorlar üçün də, təbii ki, sərfəlidir. Azərbaycan-Litva biznes forumunun keçirilməsi, bu baxımdan müzakirələrin aparılması və bir sıra sənədlərin imzalanması hər iki ölkə üçün son dərəcə əhəmiyyətlidir”. Təbii ki, bu da ölkə iqtisadiyyatının hərtərfli inkişafı və dayanıqlı olması baxımından çox vacibdir. Bütün bu məqamlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektli islahatların faydalı nəticələridir”. “Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu: Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət. Bu, onu göstərir ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Təbii ki, Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar da buna əsaslanır. Odur ki, 30 ilə yaxın bir müddət ərzində özünün işğal siyasəti ilə regionu iflic edən, inkişafına mane olan Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıqla bütün regionun hərtərəfli inkişafını hədəfləyir”.

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın