19.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə Bakıda görüş keçirib. Görüş çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıqlar əldə edilib.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd edib ki, imzalanmış sənədlər Azərbaycan və Somali arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. O, bu sənədlərin həyata keçirilməsinin ölkələr arasında münasibətləri daha yüksək səviyyəyə qaldıracağına əminliyini ifadə edib.

Azərbaycan və Somali arasında əməkdaşlıq təkcə siyasi sahə ilə məhdudlaşmır. Görüşdə iqtisadi, ticarət, təhsil, humanitar və təhlükəsizlik sahələrində birgə fəaliyyət imkanları da müzakirə edilib. Prezidentlər hər iki ölkənin qarşılıqlı maraqlarını qorumaq və daha sıx əməkdaşlıq üçün müxtəlif sahələrdə işbirliyinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq qeyd olundu ki, hər bir ölkənin inkişafı üçün siyasi sabitlik əsas şərtdir. Azərbaycan da uzun illər ərzində məhz sabitliyin qorunması, iqtisadi və sosial inkişafın təmin edilməsi üçün ardıcıl siyasət yürüdüb.

Somali Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında diplomatik münasibətlərin möhkəmləndirilməsi baxımından əlamətdar hadisə hesab olunur. İmzalanmış razılaşmalar və aparılan danışıqlar gələcəkdə Azərbaycan və Somali arasında əməkdaşlığın daha da güclənəcəyinə işarə edir.

Bu görüş, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada daha da nüfuz qazanması və dost ölkələrlə əlaqələrini dərinləşdirmək istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir. İkitərəfli əlaqələrin inkişafı üçün nəzərdə tutulan tədbirlər, hər iki ölkənin strateji maraqlarına xidmət edərək, daha sabit və təhlükəsiz bir gələcək üçün əsas yaradır.

Gəncliyə Dəstək İctimai Birliyinin sədri Vəfa Xəlilli

 

 

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

İki ölkə arasında münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir. Xüsusilə 12 fevral 2025-ci ildə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sazişlər, ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edir. Azərbaycan və Somali arasındakı münasibətlər yeni formalaşan, lakin strateji əhəmiyyət kəsb edən əlaqələrdir. Hər iki ölkə geosiyasi baxımdan vacib mövqedə yerləşir və əməkdaşlıq potensialı böyükdür. Azərbaycan uzun illərdir ki, Afrika ölkələri ilə əməkdaşlığını genişləndirmək siyasəti yürüdür və bu kontekstdə Somali ilə əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Somali –Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevlə  ölkəmizə rəsmi səfər edən Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında  keçirilən görüşlərdə, mətbuata bəyanatlarda ətraflı bəhs edilib. Eyni zamanda, Somali rəhbərinin respublikamıza rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində bir ilk olduğu, bununla sıx dostluq münasibətlərində yeni səhifə açıldığı vurğulanıb. Azərbaycan liderinin bəyanatında iki ölkə arasında mühüm önəm daşıyan bir sıra məqamlar diqqətə çatdırılıb, imzalanmış sənədlərin ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə  əhəmiyyətli rol oynayacağına əminlik ifadə olunub. Dövlət başçılarının görüşlərində regionlarımızda mövcud geosiyasi vəziyyət, ölkələrimizin üzləşdiyi çağırışlar geniş şəkildə müzakirə edilib, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək məsələləri, eləcə də terrorçuluğa və ekstremizmə qarşı birgə mübarizə tədbirləri barədə ətraflı danışılıb. Prezident İlham Əliyevin bəyanatında  bu məqamın əhəmiyyətini belə xarakterizə edilib: “Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim. Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm”. Prezidentlərin görüşlərində Somalidə sərmayə imkanları da müzakirə edilib və ölkələr arasında müdafiə əməkdaşlığının mühüm sahələrdən biri olduğu bildirilib. Eyni zamanda, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaratması diqqətə çatdırılıb. Prezident İlham Əliyevin bəyanatında həmin avadanlığın həm ölkəmiz üçün mühüm əhəmiyyətə malik olduğu, həm də respublikamıza 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanı verdiyi qeyd edilib: “İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi… Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.

Səfər zamanı hər iki ölkənin tərəfdaşlığında beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyin mövcudluğu yüksək qiymərləndirilib. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda hər iki ölkənin dəstəyinin birmənalı olaraq davam etdirəcəyinə əminlik ifadə olunub. Azərbaycan və Somali arasında imzalanan bu mühüm sazişlər iki ölkənin strateji tərəfdaşlıq istiqamətində atdığı vacib addımlardır. Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi, həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları, bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın