20.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Çalışmanın yaş həddinə çatmış bir qrup təhsil işçiləri ilə görüş keçirilib-FOTO

Çalışmanın yaş həddinə çatmış bir qrup təhsil işçiləri ilə görüş keçirilib-FOTO

Çalışmanın yaş həddinə çatmış bir qrup təhsil işçiləri ilə görüş keçirilib

Fevralın 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) birgə təşkilatçılığı ilə idarənin inzibati binasında çalışmanın yaş həddinə çatmış bir qrup metodist və dövlət qulluqçuları ilə görüş keçirilib.

Qanunla.Az xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov, idarənin bölmə rəhbərləri, həmkarlar ittifaqının rayonlar üzrə rəhbərləri, eləcə də idarə əməkdaşları iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Cavad Cavadov uzun illər təhsil sahəsində göstərdikləri xidmətlərinə görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və onlara xoş arzularını çatdırıb. Daha sonra tədbir iştirakçıları peşəkar karyeralarında baş vermiş müxtəlif xatirələri bölüşüblər. Tədbirin sonunda idarə və ATİAHİ tərəfindən çalışmanın yaş həddinə çatan təhsil işçilərinə müxtəlif hədiyyələr təqdim olunub.

image-fb_img_1739800481691 image-fb_img_1739800484283 image-fb_img_1739800487012 image-fb_img_1739800489504 image-fb_img_1739800492030 image-fb_img_1739800495268 image-fb_img_1739800498644 image-fb_img_1739800501085 image-fb_img_1739800503444 image-fb_img_1739800506916

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın