03.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur

  • MANŞET
  • 20 May 2022
  • 1.845 BAXIŞ SAYI
Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur

Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur

2022-ci ilin mayın 18-də Litva Prezdenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycanla Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Ölkələrimiz arasındakı güclü siyasi əlaqələr isə mövcud olan siyasi dialoqun təzahürüdür.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığa diqqət çəkən Prezident cənab İlham Əliyev Azərbaycanın Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istədiyini vurğuladı. Buna rəğmən Ermənistan məsuliyyətsiz mövqe sərgiləyir ki, bu da narahatlıq doğurur. Belə ki, Azərbaycan vaxtında işçi qrupu yaratmış və nümayəndə heyətini ezam etməyə hazır olmuşdur. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etmişdir. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina edib. Prezident cənab İlham Əlliyev bildirdi ki, işə başlamaq üçün Azərbaycan tərəfi Ermənistandan hər hansı yeni tarixlərin verilməsini gözləyir. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonlar işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır və proses artıq başlanmalıdır. Bəyanatında ölkə başçısı Azərbaycanın təxminən 30 il danışıqlara sadiq qaldığını bildirdi və Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməyini qeyd etdi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. Artıq Azərbaycan işğaldan azad etdiyi ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə məşğuldur. Hansı ki, işğal nəticəsində həmin ərazilərdə hər şey dağıdılmış və yerlə-yeksan edilmişdir.

Elvin Xəlilov- Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın