19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İqtisadi tərəfdaşlıq….

İqtisadi tərəfdaşlıq….

İqtisadi tərəfdaşlıq….

Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən asılıdır.Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir.Balanslaşdırılmış uğurla xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi və siyasi islahatlara dəstək,Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib.Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyat yolunun kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktordur.

Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib.Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır.Ötən il iyulun 18-də Prezident İlham Əliyev Şarl Mişellə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, Avropa İttifaqı ölkəmiz üçün yaxın tərəfdaşdır..Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik.Ticarətimizin demək olar ki,40 faizi Aİ ilə aparılır.Ötənilki ticarət dövriyyəsi demək olar ki,9,5 milyard ABŞ dolları idi.Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard dollar təşkil edir.Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil,həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.Azərbaycan qazının nəqli üçün mühüm iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri istismara verildiyi tarixdən bu ilin aprelin 1- dək 26,13 milyard kubmetr təbii qaz nəql edilib.Cari ilin birinci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub.Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb.

 

Zərdab rayonu Burunlu kənd tam orta məktəbinin müəllimi-Əzizov Anar

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın