Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi
Ukrayna ordusu Donetsk vilayətindəki yaşayış məntəqələrinin birini işğalçılardan azad edib.
Qafqazaz.com xəbər verir ki, bunu Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilyenko deyib.
Onun sözlərinə görə, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka və Toretsk yaşayış məntəqələri ruslar tərəfindən atəşə tutulub.
“Xüsusilə Baxmuta daha çox zərbələr endirilib. İşğalçılar şəhərin əsas yollarından birini kəsməyə cəhd ediblər. Lakin buna nail ola bilmədilər. Əvəzində Ukrayna ordusu onları yaşayış məntəqələrinin birindən vurub çıxardı. Həmin yaşayış məntəqəsindən düşmən hərəkət edirdi. Döyüşlər həddən artıq ağırdır”, – Kirilyenko bildirib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın