Belarusdan Ukraynaya qanadlı raket atıldı
Ukrayna hava qüvvələri Belarus ərazisindən Kiyevə doğru atılan qanadlı raketi məhv ediblər.
Qafqazaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
“Ukrayna hava qüvvələri bir neçə dəqiqə əvvəl Belarus ərazisindən Tu-22 təyyarəsi vasitəsilə paytaxt Kiyevə doğru atılan qanadlı raketi məhv ediblər. Bu, Rusiya və Belarusun növbəti cinayətidir”, – Zalujnı bildirib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın