COVID-19 sonuncu pandemiya olmayacaq – ÜST
“COVID-19 sonuncu pandemiya olmayacaq, yeni xəstəliyin ehtimalı və itkilərin miqyası insanların hazırkı pandemiyanın dərslərini necə öyrənməsindən asılıdır”.
Qafqazaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“COVID-19-un sonuncu pandemiya olmayacağına tamamilə əminik. Amma bunun baş vermə ehtimalı və hansı itkilərə səbəb ola biləcəyi bizdən asılıdır. Biz bu pandemiyanın dərslərini öyrənməliyik”, – o deyib.
Qebreyesusun sözlərinə görə, yerli vaksin istehsalının artırılmasına ehtiyac var.
“Bundan əlavə, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşuna ehtiyac var”, – ÜST rəhbəri qeyd edib.