26.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

  • DÜNYA
  • 27 Mart 2022
  • 1.786 BAXIŞ SAYI

Rusiya işğalçı ordusu Kiyev vilayətindəki Çernobıl AES-in “sputnik-şəhəri” Slavutiçi işğal edib.

Qafqazaz.com  xəbər verir ki, bu məlumatı şəhərin meri Yuri Fomiçev yayıb.

“Şəhərdə qalan hər kəs Ukrayna bayrağı ilə küçələrə çıxaraq, “Slavutiç Ukraynadır” deyir. Bildirirlər ki, bizə başqa heç kim lazım deyil, çünki bura bizim torpaqdır. Bu gün də Slavutiç Ukrayna şəhəri olaraq qalır – Ukrayna bayrağı, Ukrayna hakimiyyəti, Ukrayna Konstitusiyası, öz etik qanunları ilə”, – mer bildirib.

O, həmçinin 3 dinc sakinin ölümünü təsdiqləyib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın