21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Rusiyanın işğal etdiyi istənilən ölkədə “Buça” qətliamı olacaq” – Zelenski

  • DÜNYA
  • 08 Aprel 2022
  • 1.687 BAXIŞ SAYI
“Rusiyanın işğal etdiyi istənilən ölkədə “Buça” qətliamı olacaq” – Zelenski

Ukraynanın Buça şəhərində baş verən müharibə cinayətləri Avropanın rus qoşunlarının işğal etdiyi istənilən başqa şəhərdə də təkrarlana bilər. 

Qafqazaz.com  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski aprelin 8-də Finlandiya parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, rus hərbçilərinin Buçada törətdiyi cinayətləri əks etdirən kadrlar bütün dünyaya yayılıb. Bununla belə, Zelenskinin sözlərinə görə, rus qoşunları hər gün Kramatorskdan Mariupola, Xarkovdan Xersona qədər bu cür cinayətlər törədir.

“Əminəm ki, siz başa düşürsünüz ki, rus ordusu sizin torpaqlarınızı işğal etmək əmri alsa, onlar da bunu edəcəklər. Onlar ordu rəhbərliyinin əmri ilə sizin şəhərlərinizdə də Buçada baş verənləri edəcəklər”, – Zelenski bildirib.

Prezidentin sözlərinə görə, “Rus əsgərləri bunun nə üçün lazım olduğunu başa düşməsələr belə, yenə də döyüşəcəklər. Çünki indi Rusiyada başqa insanlara nifrət və nifrət tərbiyə olunur. Həm də dövlət səviyyəsində”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın