Rusiya BMT-dən iclas keçirilməsini tələb etdi
Rusiya Buçada baş verən hadisələr fonunda 4 aprel tarixində BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edib.
Qafqazaz.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında yazıb.
Qeyd edək ki, Kiyev vilayəti (Buça, Qostomel, İrpen və s.) Ukrayna qoşunları tərəfindən tam azad edildikdən sonra yüzlərlə dinc sakininin Rusiya hərbçiləri tərəfindən amansızcasına öldürüldüyü müəyyən edilib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın