Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti
Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir.Hamımıza məlumdur ki,bu rayon 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmağa məcbur olublar. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Ancaq çox şükürlər olsun ki, bu həsrət 44 günlük Vətən müharibəsilə sona çatdı. Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Üçtərəfli Bəyanatın imzalanması ölkəmiz üçün diplomatik qələbə oldu və 3 rayon Ermənistan tərəfindən hərbi əməliyyatlarsız azad edildi. Həmin üç rayondan biri Kəlbəcər rayonu idi və 25 noyabr tarixində Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcər rayonu böyük təbii enerji potensialına malikdir. Rayon ərazisində külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər tərəfindən böyük maraq vardır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində kiçik su elektrik stansiyası tam yenidən qurulub. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir və Baş plana əsasən yaşayış binaları, məktəb, xəstəxana, aşıq mərkəzi və digər tikililər inşa ediləcəkdir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov
Şanlı zəfərin təcəssümü-25noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi.
Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər rayonu srateji mövqedə yerləşdiyi üçün daim mənfur qonşuların diqqət mərkəzində olub. 1993-cü il martın 27-dən aprelin 3-nə kimi Kəlbəcər uğrunda döyüşlər baş verib. Ermənistan Respublikasının Silahlı Qüvvələri 1993-cü ilin aprelin 3-də Kəlbəcər rayon mərkəzini işğal etdilər. Ermənistan tərəfindən 511nəfər dinç sakın öldürülmüş, 321nəfər əsir götürülmüş və ya itkin düşmüş, minlərlə insan ata-baba yurdlarından qovulmuşdur. 2019-cu ildə Kəlbəcər rayonunun əhalisi Azərbaycanın müxtəlif rayon yaşayış məntəqələrində qaçqınlıq şəraitində yaşayırdı.
27sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında IIQarabağ müharibəsi başladı. Bu müharibə nəticəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu. Azərbaycan əhalisi torpaqlarımızın azad olunması xəbərini uzun illər səbrsizliklə gözləyirdi. Azərbaycan-Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 gün ərzində Şuşa və Dağlıq Qarabağdakı digər torpaqların mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, 20 noyabrda Azərbaycana qovuşan Ağdam, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarət altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın II Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən həmin torpaqlardan qovuldu. Bu Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir nəticəsidir.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova