21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Hüquqlarını müdafiə etdiyim şəxs qanunsuz olaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır-Vəkil Adəm Məmmədov

Hüquqlarını müdafiə etdiyim şəxs qanunsuz olaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır-Vəkil Adəm Məmmədov

Vəkil Adəm Məmmədov Qanunla.Az-a açıqlamasında bildirib ki, artıq 2 gündür ki, hüquqlarını müdafiə etdiyim Dünyamalıyev Qafar Sabir oğlu qanunsuz olaraq AR DİN-nin  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Onun saxlanılmasına səbəb “Mətanət-A” şirkəti ilə aralarında olan mülki mübahisədir. Hətta buna dair yekun məhkəmə qərarı da mövcuddur.

Hazırda Dünyamalıyev Qafar Sabir oğlunun orada saxlanılması Azərbaycan Respublikası vətəndaşının azadlıq və mülkiyyət hüquqlarının çox kobud şəkildə pozulması ilə nəticələnir.
Göndərdiyimiz çox saylı müraciətlər hələ ki, bir nəticə verməmişdir. Yəni hazırda Qafar Dünyamalıyevin qanunsuz şəkildə saxlanılmasında aidiyyatı orqan israr edir. Baş idarənin təhqiqatçısı Murad Azayev irəli gedərək sifarişi əsasında Qafar Dünyamalıyevin əmlaklarını Mətənat-A şirkətinin adına keçirməyə cəhd edir.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın