24.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

KƏLBƏCƏR – AZADLIĞIN MÜBARƏK!

KƏLBƏCƏR – AZADLIĞIN MÜBARƏK!

25 noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Prezidentinin ağıllı və uzaq görən siyasəti nəticəsində bir güllə belə atılmadan Kəlbəcər işğaldan azad edildi. Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahid oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycan xalqı qalib və döyüşkəndir. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. Kəlbəcəri  vandalistlər evləri dağıdıb, yandıraraq tərk etdilər. Vandalizmin ən aktiv nümayəndəsi olan “həşəratlar” Kəlbəcər torpaqlarından təmizləndi. Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. İllərdir bu gözəlliklərdən məhrum olan Azərbaycan xalqı nəhayət ki, istəyinə çatdı. Azərbaycan ordusu düşməni torpağımızdan qovaraq, fədakarlıq göstərərək şəhidlərimizin canı, qazilərimizin qanı bahasına füsunkar təbiəti, əsrarəngiz gözəlliyi ilə seçilən Kəlbəcəri  öz sahiblərinə qaytardı. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması,  işğaldan azad edilmiş torpaqlarımız bütöv Azərbaycanın dayanıqlı  inkişafı üçün yeni üfüqlər açır. Hal-hazırda Kəlbəcərdə  quruculuq işləri davam edir. Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü.

Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi ordumuzun qüdrəti qarşısında diz çokdü. Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edilərək düşmənin rayondan çıxmağına məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin diplomatik təsdiqidir. Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev altı dəfə Kəlbəcər rayonuna səfər etmiş və ilk səfəri zamanı üçrəngli bayrağımızı rayon ərazisində ucaltmışdır. Cənab Prezident İlham Əliyevin hər bir səfəri çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimləri ilə zəngin olmuşdur. Kəlbəcər rayonu böyük təbii enerji potensialına malikdir. Rayon ərazisində külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər tərəfindən böyük maraq vardır. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir və Baş plana əsasən yaşayış binaları, məktəb, xəstəxana, aşıq mərkəzi və digər tikililər inşa ediləcəkdir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir. Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü artıq ikinci ildir ki, xalqımız tərəfindən böyük fəxarət və qürur hissləri ilə qeyd olunur. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın