Zərdabiyə dogru – Leyla Yaşar
Zərdabiyə dogru …
Bu gün günlərdən o gündü ki , öz dəsti xətti , zəhməti , əməyi sayəsində Azərbaycan adlı vətənimizi nura qərq edən böyük mütəfəkkir , dahi şəxsiyyət , islam aləmində ilk təbiətşünas , pedeqoq, jurnalist , fəaliyyəti saymaqla bitməyən dəyərli insan Həsən bəy Zərdabininin əsasını qoydugu “Əkinçi” qəzetinin dogum günüdü.. 147 il əvvə günün bu günü maarifçilik ideyalarının daşıyıcısı olan ” Əkinçi ” qəzeti ilk nəşrinə başlamışdı.Başladıgı gündən Azərbaycanda jurnslistika sistemini və nəslini formalaşdırdı,peşə prinsiplərini yaratdı.Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi .Milli təfəkkürlü insanlarln yetişməsində böyük xidməti olan ” Əkinçi” qəzeti milli mətbuat tariximizin əsasını qoydu . “Əkinçi ” qəzeti özündən sonra milli mətbu nümunələrinin nəşrinə bir cıgır açmış oldu. “Əkinçi” Bakıda çap olunsa da ,qısa müddət ərzində ümumrusiya müsəlmanlarının qəzetinə çevrilmişdi. Xalqın inkişafını onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş ,müxtəlif ideyalar irəli sürmüşdü.O qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı. Ona görədə qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələri pulsuz paylayırdı. Yaratdıgı “ Əkiinçi ” qəzeti ilə tarixə çevrilən dahi mütəfəkkir üstündən illər ötsədə sayqıilə yad edilir . Uzun – uzadı Həsən bəydən , ” Əkinçi ” qəzetindən yazıb sizləri yormaq istəmirəm . Elmi fəaliyyətilə canını bu vətənə fəda edən o böyük insana öz qiymətini verə bilirikmi? Hələ də Həsən bəyin kim oldugunu bilməyənlər var .Onun bizlər üçün ,yolumuza işıq olan fəaliyyətini dərk etməyənlər var.Hələ də Zərdabinin Zərdabdan deyil Qubadan oldugunu bilənlər və mübahisə aparanlar var ,Həsən bəyin bütün fəaliyyətini bilməyib , kim oldugunu dərk etməyib demaqoq adlandıranlar varsa bu cəmiyyətin Həsən bəyin istədiyi səviyyəyə çatmasına deməkki hələki çox var. Hələ Həsən bəyin məzarı XIX əsri xatırladırsa bu hər birimizin günahıdı . Bu gün Zərdabi irsi tam öyrənilmiyibsə bu hamımızın səhvidi . Bu gün hər evə düşən işıqda Zərdabi zəkasının rolu var. Bütün sahələrdə öz sözünü demiş bir şəxsiyyəti bu gün ehtiramla yad edirəm! Həm bəylik nəslinin nümayəndəsi kimi , həm bir kitabxanaçı ( H. Zərdabiyə aid oxu zal müdiri) kimk mənim öhdəmə düşən vəzifə Zərdabini tanımaq və tanıtmaqdı! Bu gün milli mətbuat günü kimi qeyd olunur.Bütün vicadnlı, qərəzsiz , ədalətli , Zərdabi ideyalarına sadiq olan mətbuat işçilərinin peşə bayramını təbrik edir, işlərində ugurlar arzu edirəm!
Arzu edirəm ki Zərdabi işıgı qələminizə yol açsın , qələminiz daha gözəl , daha dürüst xalq üçün , vətən üçün gərəkli yazılar yazsın !!!