Özəlləşmə prosesində çeklərin rolu: “Özəlləşdirmə çekləri adi kağız parçası deyil”
Özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
BEYNƏLXALQ HÜQUQA, KONSTİTUSİYA VƏ QANUNLARA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏ DÖVLƏTİN TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİ PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ HÜQUQ EKSPERTLƏRİNİN YEKDİL QƏRARINA ƏSASƏN, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan HEC KİMƏ SATA BİLMƏZ! İSTƏR XARİCİ və ya YERLİ investor MÜSABİQƏDƏ QALİB OLDUĞU HALDA ödəmənin ən azı 65%-ni Özəlləşdirmə Çeklərinin NOMİNAL DƏYƏRI ilə etməlidir!
Ən əsası Ulu Öndər Heydər Əliyev Dövlətin ən kasıb vaxtında bütün özəlləşdiriləcək orta və böyük dövlət müəsisələrinin 65%-inin xarici investorlara satılmasına ancaq əvvəlcədən çek opsionlarını alaraq bazardan və vətəndaşlardan özəlləşdirmə çekləri əldə etdikləri halda özəlləşdirmədə iştirakına icazə verdi. Bu Ulu Öndər Heydər Əliyevin İqtisadi Siyasətinin kapitalizmə xüsusi mülkiyyətə dinc keçid üçün əsas olan Tarixi Sosial Ədalət Siyasəti prinsipi və uzaqgörənliyinin nəticəsi kimi Konstitusiya və Qanunlarla təsdiqləmişdir.
Mövzu ilə bağlı Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Qafqazaz.com-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülü ölkənin iqtisadi inkişafına təsirsiz ötüşməyəcək:
“Ulu öndər Heydər Əliyevin özəlləşdirmə çekləri ilə bağlı fərmanı vətəndaşların həyatının dəyişəcəyinə zəmin yaradırdı. Əksər vətəndaşlar çeklər barədə tam məlumatlı olmadıqlarına görə, bu çeklərdən sadəcə şəxsi maraqlar üçün istifadə etdilər. Bu gün hələ də əlində çeki olan vətəndaşlarımız var. Onların bəziləri ümidli olsa da, bəzilərində bu çeklərin adi parçası olmasına dair yanlış fikir formalaşdırılıb. Halbuki çeklərin dəyərsiz olması ilə bağlı rəsmi qanun yoxdur. Bu baxımdan özəlləşdirmə çekləri hələ də etibarlı sayılır və qiymətli kağız kimi qüvvədədir. Əhalidə çeklərə marağı yenidən artırmaq üçün maarrifləndirmə işlərinin aparılmasına və qərarın bərpa olunmasına ehtiyac var. Həmin vətəndaşlaırn hüquqları bərpa olunmalıdır. Xüsusən də müvafiq dövlət qurumları və Milli Məclisin deputatları bu problemin həllinə aid təkliflərlə çıxış etməlidirlər. Özəlləşdirmə çeklərinin tədavülü bərpa olunarsa, vətəndaşlar pay sahibi ola bilərlər. Bu isə iqtisadi və sosial inkişaf üçün əlverişli münbit şərait yaradacaq”.
İqtisadçı Eldəniz Əmirov isə öz növbəsində vurğulayıb ki, əlində çeki qalan vətəndaşların öz hüquqlarından istifadə edə bilməsi üçün proses ədalətli şəkildə aparılmalıdır. Bu isə vətəndaşın payçı olaraq öz haqqlarından yararlanmasına səbəb olacaq:
“90-cı illərdə əhali sayına uyğun olaraq hər bir vətəndaşa Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Hazırda 6 milyona yaxın özəlləşdirmə çekinin dövriyyədə olduğu bildirilir. Ümumilikdə isə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanuna görə, bir paya düşən mülkiyyət əmlak ekvivalenti ən azı 2000 dolları təşkil edir. Əksər vətəndaşların zamanında sahib olduqları çeklərdən istifadə edə bilməməsini nəzərə alsaq, bu gün çeklərin yenidən istifadə edilməsi üçün qərar qəbul olunmalıdır. Bununla yanaşı, əvvəlki özəlləşmə prosesi zamanı baş verən qanunsuzluqların təkrarlanmasına yol verilməməlidir. O vaxtı vətəndaşların əksəriyyəti əlindəki çekləri dəyər-dəyməzinə satdı. Mövcud şəraitdə vətəndaşların aldadılmaması və sahib olduqları haqqlarından istifadəsi üçün idarəetmə mexanizmi düzgün təşkil olunmalıdır”.
Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı minlərlə ailə adından ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, ədliyyə naziri Fikrət Məmmədova və Milli Məclisin deputatlarına açıq məktub ünvanlanıb.