21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

25 oktyabr- Qubadlı Şəhər Günü

25 oktyabr- Qubadlı Şəhər Günü

25 oktyabr- Qubadlı Şəhər Günü

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş  əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri  erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı, rayonun Şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda,Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq,Sarıyataq,Mollabürhan kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şidddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis  olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Ölkə başçımızın imzaladığı Sərəncama əsasən, 25 oktyabr—Qubadlı şəhəri günü kimi təsis edilib. 

Mərkəzi Kitabxananın Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əməkdaşı – Mapəri Xəlilova

 

 

Qubadlı Şəhəri Günü

Vətən müharibəsinin 29-cu günündə 2020-ci il oktyabr ayının 25-də Azərbaycan Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin və Qubadlı şəhərinin işğaldan azad edildiyini bildirmiş,Müzəffər Azərbaycan Ordusu üçrəngli bayrağımızı həmin ərazilərdə qürurla dalğalandırmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci ilk noyabr ayının 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu bu medal ilə təltif olunmuşdur.

2020-ci il dekabr ayının 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında olmuş,hər iki rayonda Azərbaycan bayrağını ucaltmışlar.

İnzibati bölgüsünə 1 şəhər,93 kənd,31 inzibati-ərazi dairəsi aid olan Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışdır. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı ekoloji terror törətmiş, meşələri, nadir ağac və bitki növlərini məhv etmiş, mişar daşı, yəşəm, mərmərləşmiş əhəng daşı, tuf daşı, qum-gil, əqiq yataqlarını istismar etmişdir.

Rayon işğaldan azad olunduqdan sonra ərazinin minalardan təmizlənmə əməliyyatlarına başlanılmaqla bərpa və yenidənqurma işlərinə başlanılmış, Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılmış, 2021-ci ildə Xudafərin-Qubadlı-Laçın avtomobil yolundan Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun tikintisinə başlanılmış, 2023-cü il sentyabr ayının 5-də Yeni Qubadlı-Laçın avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalanmışdır. Qubadlı şəhərində inzibati binanın, 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binası, İşğal və Zəfər muzeylərinin, Zilanlı, Mahruzlu kəndlərinin tikintisinin davam etdirilməsiylə bərpa işləri aparılır.

 

Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin əməkdaşı- Fətəliyeva Bahar

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın