21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Qara nida”lar “qara-qura” şübhələr doğurur… – İLGİNC MILUMATLAR

“Qara nida”lar “qara-qura” şübhələr doğurur… – İLGİNC MILUMATLAR

“DogruXeber.az” xəbər verir ki, 25.04.2022-ci il tarixində “Dövlət Satınalma Portalı”nda Goranboy Uşaq və Ailələrə dəstək Mərkəzi, Goranboy rayon Baş Mühafizə Birliyi (VÖEN – 6100009171) ilə “Əmlakın mühafizəsi” adlı müqavilə imzalayıb. Lakin, müqavilə barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb. Eyni zamanda, müsabiqənin adı isə “bir mənbədən” (!) olaraq qeyd edilib. Yəni belə çıxır ki, Goranboy rayon Baş Mühafizə Birliyi, Goranboy Uşaq və Ailələrə dəstək Mərkəzinin keçirdiyi “bir mənbədən” “müsabiqəsinin qalibi olub”.
Bəli, gülünc görünsə də rəsmi dövlət portalında elə bu cür qeyd edilib. Müsabiqənin nə vaxt, harda elan olunması, yaxud ümumiyyətlə elan edilib – edilməməsi barəsində heç bir məlumat verilməyib.

Qeyd edək ki, sözügedən müqavilədə məbləğ 10.000 (on min) AZN olaraq qeyd edilib.

“DogruXeber.az” bildirir ki, 26.04.2022-ci il tarixində isə İctimai Televiziya və Radio Yayımları Şirkəti “ənənəsinə sadiq qalaraq”, növbəti naməlum tender müqaviləsinə imza atıb.

Belə ki, “Karvan Production” MMC (2005905731) ilə bağladığı “Şeyx Sənan” adlı 12 bölümlü yeni bədii filmin sinapsisinin müstəsna istifadə hüquqlarının satınalınması” müqaviləsi barəsində Dövlət Satınalma Portalında məbləğ və tarixdən başqa heç bir məlumat göstərilməyib. Yəni, İctimai Televiziya və Radio Yayımları Şirkəti 20.000 (iyirmi min) AZN-lik bu müqaviləni də adəti üzrə “qara nida” ilə ictimaiyyətə təqdim edib.

Hələ bu harasıdır?!

Sözügedən şirkətin bir gündə 20-yə yaxın tender müqaviləsi bağladığı vaxtlar olub ki, onlardan 1-i barəsində ətraflı məlumat bölməsi doldurulmayıb.

Amma, maraqlıdır ki, heç “gözün üstdə qaşın var” deyən də olmadı…

Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməy və dərc etməyə hazırıq!

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın