15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal etdi. Bu bölgədə yaşayan bir milyon soydaşımız qaçqın və köçkünlük həyatı yaşamağa başladı. Bildiyimiz kimi tarix boyu dəfələrlə işğalçı dövlət torpaqlarımızı zəbt etdikdən sonra oradakı soydaşlarımızı qovaraq yerində erməni əhalisi yerləşdirilibdir. Ancaq Azərbaycan beynəlmiləl bir dövlət olduğu üçün onlardan fərqli olaraq Azərbaycanda onlarla qeyri millətlərin nümayəndələri mehriban şəkildə yaşayırlar. 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildikdən sonra bu bölgədə yaşayan erməni əhalisi Azərbaycan vətəndaşı olaraq yaşamağa davam edə bilərlər. Bunu cənab Prezidentimiz İlham Əliyev dəfələrlə öz müsahibəsində və rəsmi görüşlərdə qeyd edir. Ən böyük erməni ictimai birliyi Xankəndi şəhərində yerləşir. Bu ictimai birlik Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan ərazisində yaşamağa davam etməlidir. Tutduğu ərazinin əhalisini köçürmək yalnız işğalçı dövlətlərə məxsusdur. Azərbaycan humanist və beynəlmiləl dövlətdir. Qarabağda yaşayan erməni əhalisi vətəndaşlarımızı qəbul edərək firavan həyat yaşamaq fürsəti qazanıbdır.

 

Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin psixoloqu-Ceyhun Abbaszadə

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın