22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür

Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür

Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür.

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesi ilə bağlı heç bir nəticə əldə edə bilməməsindən danışıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcud olduğunu deyə bilərik. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeydri şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütməkdə davam edir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Bahar Qurbanova

 

 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi.

Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi; Bu gün Vətən müharibəsinin başa çatmasından 3 il keçir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Otuz il əvvəl Ermənistanın xəyanətkar təcavüzü nəticəsində itirilmiş torpaqlarımız geri qaytarıldı. Qırx dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusunun qətiyyətli həmlələri qarşısında tab gətirməyən düşmən 3 il əvvəl təslim aktına imza atmağa məcbur oldu. Qələbə son 30 il ərzində uğurla, cəsarətlə və qətiyyətlə həyata keçirilmiş Azərbaycan siyasətinin, torpaqlarımızın azad olunması üçün canını belə əsirgəməyən Azərbaycan əsgərinin və Vətən uğrunda müqəddəs savaş üçün bir yumruq kimi Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşmiş Azərbaycan xalqının tarixi qələbəsi oldu. Bu, hər bir Azərbaycanlının qələbəsi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri eyni məqsəd uğrunda birləşərək misilsiz rəşadət və cəsarət nümayiş etdirdilər, mənfur düşmənə qarşı vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqının Vətən naminə həmrəyliyi onu yenilməz bir gücə çevirdi. Son 20 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaq. Azərbaycan öz haqlı mübarizəsini və azadlıq savaşını beynəlxalq hüququn normaları çərçivəsində və dünya hərb sənətinin ən müasir üsullarını tətbiq etmək yolu ilə qazandı. Azərbaycanın haqq savaşına dəstək verənlər də oldu. Qardaş Türkiyənin, İsrailin və Pakistanın siyasi-mənəvi və hərbi-texniki dəstəyi ədalətin bərpa olunması üçün möhkəm zəmin yaratdı. Xüsusilə qardaş Türkiyənin açıq siyasi dəstəyi erməni təcavüzünü dəstəkləməyə cəhd göstərən bir sıra destruktiv qüvvələrin bu münaqişəyə müdaxiləsini mümkünsüz etdi. Nəticədə Cənubi Qafqaz bölgəsində 30 il ərzində mövcud olmuş ədalətsiz status aradan qaldırıldı və yeni reallıqlar yaradıldı. Ermənistanın heç vaxt xəyalına belə gətirmədiyi ən ağır şərtləri qəbul etməkdən başqa çarəsi qalmadı. 2021-ci ilin 15 iyun tarixində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin daimi təhlükəsizliyinə güclü zəmin yaratmışdır. 10 noyabr tarixli Bəyanatın imzalanması siyasi, diplomatik və iqtisadi sahədə yeni uğurların əldə edilməsi üçün real imkanlar formalaşdırdı. Bu Bəyanatda nəzərdə tutulan öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi 30 il ərzində öz yurd-yuvalarından ayrı düşmüş 1 milyona yaxın məcburi köçkünün öz doğma evlərinə qaytarılmasını həyata keçirmək üçün real şərait yaratdı. İşğalçı dövlət ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa məcbur edildi. Müharibədən sonrakı dövrdə Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması bütün sərhədlərimizin nəzarət altına alınmasını təmin etdi. Nəhayət bu 2023 cü il sentyabrın 19-20-də böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri Qarabağın bütün ərazisi üzərində suverenliyimizin bərpa olunması ilə nəticələndi.

 Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əvəz Soltanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın