12.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bütün çətinliklərə baxmayaraq Azərbaycan hökuməti bərpa quruculuq işlərini aparır

  • MANŞET
  • 10 Oktyabr 2022
  • 2.321 BAXIŞ SAYI
Bütün çətinliklərə baxmayaraq Azərbaycan hökuməti bərpa quruculuq işlərini aparır

Prezident İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı bir çox mühüm məqamlarla yadda qaldı. Digər çıxışlarında olduğu kimi bu dəfə də dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin problemlərini və Ermənistanın müharibədən sonrakı destruktiv mövqeyini ön plana çəkdi. 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin darmadağın edildiyini qeyd edən prezident milli mənəvi abidələrimizi qarşı da barbarcasına davranıldığını bildirib. Erməni işğalçılarının vandalizminin artıq bütün dünya şahid olur. İşğaldan azad olan ərazilərə səfər edən xarici diplomatlar gördükləri səhnədən dəhşətə gəliblər və Ağdama “Qafqazın Xerosiması” adı verilib. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. İşğalçıların bu hərəkəti beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bölgədəki digər bir problem ermənilərin işğal dövründə 1 milyondan çox mina basdırmasıdır. Bu gün aparılan bərpa quruculuq işlərinə minalar ciddi problem yaradır.Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlınln minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanması problemin miqyası haqda təəssürat yaradır.Bu rəqəm hər həftə artır. Amma bütün çətinliklərə baxmayaraq Azərbaycan hökuməti bərpa quruculuq işlərini aparır və 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur.

Ermənilərin misli görünməmiş vandalizminə rəğmən Azərbaycan öz humanizm prinsiplərinə sadiq qalaraq tam hərbi üstünlüyü olduğu bir zamanda  10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq,  Ermənistana sülh təklif etdi. Beynəlxalq hüquqa əsaslanan sülh təkliflərimizi  yanaşı rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni əhalisini ölkə qanunlarını, Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda sərbəst yaşamalarına təminat verdi. Bu gün Azərbaycan qalib lider İlham Əliyevin rəhbərliyi altında həm bölgədə sülhün təminatçısına çevrilib, həm də xarabalığa çevrilmiş işğaldan azad olunan əraziləri qurub yaradır.

Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.

 

Sara Həsənova

Saatlı rayon Məzrəli kənd tam orta məktəbin direktor müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın