15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

  • MANŞET
  • 14 Noyabr 2024
  • 2.391 BAXIŞ SAYI
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.  COP-ın  kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin postsovet məkanında ilk dəfə olaraq məhz respublikamızda  reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası həmçinin təkcə yerləşdiyimiz regiona deyil, daha geniş coğrafiyaya beynəlxalq diqqətin artmasına səbəb olacaq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COP-un əsas  məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltməkdir. COP hər il növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir ölkəsində təşkil edilir. Avropanın öz daxilində namizədi, qitənin şərti olaraq qərb və şərq hissələrinin təmsilçiləri arasında növbəli, yəni rotasiya prinsipi ilə müəyyən olunur. Növbə Şərqi Avropada olduğundan bu coğrafiyanı təmsil edən ölkələrin seçimi Azərbaycanın üzərində dayandı. Bakıda reallığa çevrilən COP29-u fərqləndirən mühüm özəlliklərdən biri də budur ki, Azərbaycanın evsahibliyi etdiyi bu qlobal tədbirə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi üçün çox qısa zamanı – təqribən bir ildən bir qədər az vaxtı olmuşdu. Bununla belə təşkilatçılığın ən yüksək səviyyədə olması və dünya birliyi tərəfindən sərgilənən marağın miqyası göstərir ki, Azərbaycan bu dəfə də üzərinə düşən beynəlxalq əhəmiyyətli missiyanı uğurla həyata keçirir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu tədbirin mahiyyəti məlumdur. Belə ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq hədəfidir.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və  dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür.

Vətən müharibəsindəki qələbəmiz sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunmuşdur. Azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet elan olunmaqla həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ  yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.  Bundan başqa, “yaşıl enerji”nin istehsalı və onun dünya bazarlarına nəqlini təmin etmək üçün layihələrdən biri də Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsidir. “Yaşıl enerji”nin istehsalı Azərbaycanın enerji siyasətinin əsas istiqamətidir və bu səbəbdən respublikamız elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Tarixən neft və qaz istehsal edən Azərbaycan hazırda bərpaolunan enerji mənbələrinə davamlı investisiya yatırır. 2020-ci ildə qəbul edilən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Proqramı külək, günəş və hidroenerji mənbələrinin genişlənməsini təşviq edir. Bütün bunların davamı kimi Azərbaycanın bu il COP29-a evsahibliyi etməsi iqlim dəyişmələri ilə mübarizə işində ölkəmizin milli, regional və qlobal səviyyədə tarixi rolunu daha da gücləndirəcək.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın