15.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir

  • MANŞET
  • 15 Mart 2025
  • 4.383 BAXIŞ SAYI
XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir

XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir

Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Təsadüfi deyil ki, Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə Azərbaycanın nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə Azərbaycanın məsuliyyətli siyasət çağırışları və sair beynəlxalq ictimaiyyətin diqqətinin xüsusən son illərda daha çox Bakıya yönəlməsinə səbəb olub.

Züriyyə Qarayeva qeyd etdi ki, XII Qlobal Bakı Forumunun nəticələri və beynəlxalq müzakirə üçün yeni çağırışlar formalaşdıracağı şübhəsizdir: “Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir edəcək

 Hər il Bakıda keçirilən Qlobal Forum beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Bu platforma iqtisadi müstəvi kimi, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsidir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edir

Dövlət başçısı İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bu əminliyi ifadə etdi ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə yanaşmalar irəli sürəcəklər

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Forumun özündə ehtiva etdiyi məqamlara keçmədən dövlət başçısı İlham Əliyevin bu ilin yanvarında Dünya İqtisadi Forumunun 55-ci toplantısı çərçivəsində Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində jurnalistin “Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır” sualına cavabını xatırlatmaq istərdik. Prezident İlham Əliyev bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Cənab İlham Əliyevin bu fikirləri ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amilləri açıqlayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın başladığı inkişaf, tərəqqi yolunun hansı uğurlara, zəfərlərə yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ulu Öndər Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və reallığa çevirdi. Onun yaratdığı möhkəm təməl üzərində ildən-ilə daha möhtəşəm uğurlara imza atan Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edir. Bu zirvələrin təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Dünyanı narahat edən qlobal problemlərin Azərbaycanda müzakirə edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin nəticəsidir. XII Qlobal Bakı Forumunun “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu hazırkı dövrün qarşıya qoyduğu hədəfləri açıqlamaqla yanaşı, Azərbaycanın bu məsələnin müzakirəsində mövqeyinin nə qədər böyük önəm daşıdığını nümayiş etdirir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın