27.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Cəbrayıl” və fanatlarının Mingəçevir şousu

  • İDMAN
  • 18 Aprel 2022
  • 1.369 BAXIŞ SAYI
“Cəbrayıl” və fanatlarının Mingəçevir şousu

Futbol üzrə Region Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

Qafqazaz.com  xəbər verir ki, maraqlı görüşlərdən birində “Energetik” – “Cəbrayıl”ı qəbul edib.

Mingəçevir şəhər stadionunda 4000-dən çox azarkeşin izlədiyi oyunda meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Cəbrayıl”ın 2-1 hesablı qələbəsi ilə nəticələnib.

“Energetik” – “Cəbrayıl” görüşü meydandakı gərgin mübarizə ilə yanaşı, tribunalardakı maraqlı anlarla da yadda qalıb. Qonaq komandanın azarkeş qrupunun fəallığı isə mənzərəyə xüsusi rəng qatıb.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın