10.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edildi

Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edildi

Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq edilib.

  1. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qafqazaz.com a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub.Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, H.Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın