15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. İlk dəfə özünü etibarlı neft tədarükçüsü kimi təsdiqləyən Azərbaycan 2020-ci ilin sonunda təbii qazın Avropaya nəqli layihəsinə – Cənub Qaz Dəhlizinə start verib. Hələ işə salınmasından əvvəl bir çox Avropa ölkələri marşrutların və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edən və bununla da Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən bu dəhlizə interkonnektorlar vasitəsilə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Cənub Qaz Dəhlizinin belə qollarından biri olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) artıq reallıqdır. Bu gün Bolqarıstanda qitə ölkələrinin enerji təchizatında böyük problemlərlə üzləşdiyi Avropa üçün belə kritik bir məqamda bu qaz infrastrukturunun işə salınması mərasimi keçiriləcək.

Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulmuşdur. Azərbaycan uzun illərdir, etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artıracaqdır. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır və bu imkanlar geniş vüsət alaraq həm tarixi torpaqlarımızın inkişafı üçün zəmin yaradacaq,həm də Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaqdır.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın