21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək

Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək

Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək

Hazırda ölkəmiz region üçün nəqliyyat mübadilə mərkəzi rolunu oynayır. Azərbaycan son illərdə Transxəzər marşrutuna daxil olan ölkələrlə qarşıqlı iqtisadi əlaqələri sürətlə dərinləşdirib. Azərbaycanın coğrafi mövqeyi və burada qurduğu nəqliyyat infrastukturu bu gün həm Qərbdə, həm də Asiyada xüsusi diqqətlə izlənilir. Bu prosesdə indi dünyanın iqtisadi güc mərkəzləri ölkəmizlə işbirlyini genişləndirməyi düşünür. Görülən genişmiqyaslı işlər sayəsində yaxın tezlikdə Azərbaycan dünya üçün daha mühüm nəqliyyat qovşağına çevrilməklə yanaşı, həm də beynəlxalq yükdaşımalardan külli miqdarda gəlir əldə edəcək. Bütün bunlar təsadüfi sayılmır. Beləliklə, Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi siyasət Avropada da xüsusi diqqətlə izlənir və Avropa ölkələri bu səpkidə Azərbaycanla işbirliyini genişləndirməyə hazırdır. Mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycana belə diqqət ayrılması isə rəsmi Bakının mühüm uğuru sayıla bilər. Belə vəziyyət ölkəmizin yerləşdiyi coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eləcə də bu nəqliyyat layihələrinin reallaşdırılması ilə ölkəmiz beynəlxalq tranzit mərkəzə çevrilməklə yanaşı, iqtisadi tərəqqisini daha da sürətlənəcək.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın