Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur
Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur
Bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olmuşdur. Monetar şərait makroiqtisadi sabitlik hədəfləri çərçivəsində tənzimlənmişdir. İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayınadək 16 mərhələdə azaldılaraq 15%-dən 6,25%-ə endirilmişdir. Lakin 2021-ci ilin birinci yarısında xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində fasilə verilmiş, ilin ikinci yarısından başlayaraq isə inflyasiya proseslərinin sürətlənməsi nəzərə alınaraq uçot dərəcəsi tədricən yüksəldilmişdir. Makroiqtisadi sabitliyin qorunması şəraitində iqtisadiyyatda likvidlik effektiv idarə olunmuşdur Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyümüşdür. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olmuş, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötmüşdür. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olmuşdur. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatmışdır. İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir. Xüsusilə, dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artmış, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil etmişdir. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatmışdır. Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə dövlət büdcəsinin xərcləri armaqda davam etməkdədir. əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət ölkə başçısı tərəfindən bu gün uğurla davam etdirilir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova