Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.
Cənab Prezident İlham Əliyevin cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışında qeyd etdiyi kimi İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaqdır. Cari ilin 25 aprel tarixində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun mühüm əhəmiyyəti enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Bu gün Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət bu gün Azərbaycanın dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkəyə çevirmişdir.
Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov
Enerji diplomatiyası
Azərbaycanın etibarlı tərəfdaş olduğu faktı artıq beynəlxalq aləmdə hər kəs tərəfindən qəbul edilir. Bunun təsdiqini dünən Bolqarıstan Prezidenti Rumen Radevin çıxışından da bir daha gördük. Belə ki, on ildən artıq müddət əvvəl imzalanmış müqaviləyə əsasən, Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğunu vurğulayan Rumen Radev birmənalı şəkildə vurğuladı ki, Prezident Əliyev Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut etdi. Özü də söhbət təkcə etibarlı ticarət tərəfdaşı olmaqdan getmir. Azərbaycan qlobal siyasi anlamda da öz etibarlılığını artıq çoxdan sübut edib. Və bu gün Azərbaycanın fəal şəkildə yürütdüyü enerji diplomatiyası hazırkı geosiyasi təlatümlər və Rusiya-Ukrayna müharibəsi fonunda istər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, istərsə də Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında həlledici rol oynayır. Hazırda Azərbaycanın arsenalında qitə ölkələrinə təklif edə biləcəyi bir çox layihələr – neft meqalayihələrindən tutmuş, qaz, yaşıl hidrogenə qədər çeşidli layihələr var. Bütün bunlarla yanaşı, həm də güclü ötürmə xətləri, şaxələnmiş logistika olacaq. Bu isə, öz növbəsində Mərkəzi Asiya və Cənubi Qafqazdan tutmuş Şərqi və Qərbi Avropaya qədər çox nəhəng bir arealda tamamilə yeni geoiqtisadi vəziyyət yaradacaq. Bir sözlə, indi tam əminliklə demək olar ki, Azərbaycanın aparıcı rol oynaması şərtilə Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin yürütdüyü enerji diplomatiyası həqiqətən də mükəmməldir. Dövlət başçımızın sayca 5-ci dəfə Bolqarıstana səfər etməsi isə enerji diplomatiyamızın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək. Bolqarıstanın paytaxtı Sofiyada “Bulgartransgaz”, “Transgaz”, FGSZ və “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasiminin baş tutması da öz növbəsində Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də bütövlükdə Avropa İttifaqının strateji tərəfdaşı olduğunu bir daha təsdiqlədi. Cənub Qaz Dəhlizinin işə düşməsi indi Azərbaycanı Avropanın enerji təminatında birmənalı olaraq mühüm mərkəzlərdən birinə çevirib. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum”u isə Azərbaycanın bu statusunu beynəlxalq müstəvidə möhkəmləndirib. Ümumiyyətlə, hazırda dünyanın güc mərkəzləri üçün Azərbaycanın əhəmiyyəti gün-gündən artır.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov
Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır
Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı işlər aparılır və müsbət nəticələr özünü göstərməkdədir. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda Günəş enerjisinin inkişafı da perspektivlidir. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Xüsusilə qeyd etmək lazımdır ki, buna ölkəmizdə mövcud olan təbii imkanlarla yanaşı, həm də əlverişli investisiya mühiti də münbit şərait yaradır. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Bu da xarici şirkətlərin ölkəmizə olan marağını durmadan artırır. Artıq Azərbaycan etibarlı tərəfdaş kimi özünü bütün dünyada təsdiqləyib.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı
Zəngin enerji resursları ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsində, idarəetmə sistemlərinin və hərbi quruculuğun təkmilləşdirilməsində, iqtisadi sistemin müasirləşdirilməsində və zəruri islahatların davam etdirilməsində, həmçinin insan kapitalının inkişafında mühüm gəlir mənbəyi hesab edilir. Yeni-yeni müttəfiqlərin cəlb edilməsi, ölkənin xarici siyasətinin yeni vektorlarının müəyyən edilməsi, regional sabitliyin möhkəmləndirilməsi və s. proseslərdə qara qızıl əvəzsiz rol oynayır. 20 sentyabr 1994-cü ildə Bakıda neft hasilatı üzrə ixtisaslaşmış, dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik olan iri neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən üç neft yatağının – “Azəri”, “Çıraq” və “Günəşli” – birgə işlənilməsini nəzərdə tutan irimiqyaslı beynəlxalq müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən bu beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu. “Əsrin müqaviləsi” Azərbaycanda digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. Bu layihələrin gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Bu müqavilədən sonra Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici investisiyaların sürətli axını başlanıb. 14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək
Ölkələrimiz arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb etməkdə davam etdirməkdədir. Sovet ittifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Azərbaycan 2021-ci ildə Avropaya 8 milyard kubmetr qazı ixrac etmişdir, bu il isə 12 milyard kubmetri keçmişdir. Beləliklə, bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracı təxminən yarısını təşkil etməkdədir. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatına başlayacaq. Ölkənin qaz hasilatı və ixracı artmaqda davam edəcəkdir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova