İKİNCİ QARABAĞ MÜHARİBƏSİ VƏ SUVERENLİYİMİZİN TAM BƏRPA EDİLMƏSİ DÜNYA MİQYASINDA TARİXİ HADİSƏDİR
İKİNCİ QARABAĞ MÜHARİBƏSİ VƏ SUVERENLİYİMİZİN TAM BƏRPA EDİLMƏSİ DÜNYA MİQYASINDA TARİXİ HADİSƏDİR.
Yeni formalaşan parlament öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək. Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bir daha bu çağırışı etdi ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. 2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazılacaq. Ötən ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövr qürurverici hadisələrlə başladı. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda parlament seçkiləri keçirildi. Bu seçkilər, eyni zamanda, Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifələr yazdı. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan bu seçki proseslərini də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atdı. Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bu kimi məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir. Cənab İlham Əliyev çıxışında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək ölkə qarşısında dayanan vəzifələrə diqqəti yönəltdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlar, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə davamlı töhfələri 44 günlük müharibə tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasında öz sözünü dedi. Son 21 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın diplomatik uğurlarının davamlılığını şərtləndirdi. Bircə məqamı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» həm gücümüzün, həm də birliyimizin dünyaya təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında «Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir» söyləyərək onu da bildirdi ki, biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma Bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər.
Zərdab rayon Alıcanlı kənd ümumi orta məktəbin tarix müəllimi-Hikmət Novruzov.
Bu gün ölkəmizin bütün bölgələrində həmçinin Qarabağda yeni istehsal sahələri açılır.
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin sentyabrın 23-də keçirilən ilk iclasında dövlətimizin başçısı çıxış edərək ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edilməsindən sonra ölkəmizin beynəlxalq mövqelərinin daha möhkəmləndiyini , xalqımızın qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını vurğuladı. İşğaldan azad edilən torpaqlarda infrastrukturun yenidən qurulması, yaşayış sahələrinin yaradılması ilə yanaşı düşmənin yerlə-yeksan etdiyi mədəni,tarixi irsimizin bərpası da diqqətdə saxlanılır.Bu istiqamətdə ciddi işlər görülür.Bütün bunlar Azərbaycanın güclü maliyyə imkanlarından, xalqımızın, dövlətimizin gücündən xəbər verir. Qarabağ və şərqi Zəngəzurun uğurla dirçəldilməsini şərtləndirən əsas amillərdən biri də odur ki, Azərbaycan əzəli -əbədi yurd yerlərimizin yenidən qurulmasına hələ müharibə getdiyi dövrdə başlayıb. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa -quruculuq işlərinin icrası bundan sonra daha da sürətlənəcək.Büdcədən bu məqsədlə ayrılan vəsaitin miqdarı daha da artacaq. Onu da deyək ki, belə nəhəng quruculuq işləri ölkəmizin maliyyə gücü ilə gerçəkləşir.Keçmiş məcburi köçkünlərin məskunlaşması istiqamətdə geniş miqyaslı layihələrin gerçəkləşdirilməsi nəticəsində 8 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura öz doğma yurdlarına qovuşub. Ümumi layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulur. Dəmir yolları ,2 beynəlxalq hava limanı istifadəyə verilib.Enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində 270 meqavat gücündə elektrik stansiyaları istismara verilib və bu proses davam etdirilir.Yaşayış sahələrinin salınması surətlə həyata keçirilir.Məktəblər,xəstəxanalar tikilir və bütün bu quruculuq işləri keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə yerləşməsinə xidmət edir. Bir sözlə Qarabağ və Şərqi Zəngəzur bölgəsində dirçəliş üçün mühüm tədbirlər həyata keçirilir.Bu bizim üçün həmişə ən vacib məsələ olub -həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə -deyə ölkə rəhbəri bildirib.
Zərdab peşə liseyinin ixtisas fənn müəlliməsi-Səlimova Sevda.