Özəlləşdirmə çeki sahiblərinə növbəti – Dəstək
Məlumat üçün bildirək ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını -mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz. Bundan başqa, son 25 ildə ən azı on dəfə inflyasiyanın meydana gəldiyini nəzərə alsaq, bu gün üçün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyərinin 10 dəfə artaraq 20 000 ABŞ dolları olduğu hesab olunur.
Xatırladaq ki, əlində çekləri qalan yüz minlərlə vətəndaş haqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıblar. Sözügedən məktubla buradan tanış ola bilərsiniz.
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Mövzu ilə bağlı Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi sədri İlqar Hüseynli Qafqazaz.com-a açıqlamasında bildirir ki, hər bir vətəndaşa verilən və 4 çekdən ibarət olan özəlləşdirmə çekinin arxasında bir mülkiyyət dayanır:
“Reallıq budur ki, özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması düzgün addım deyil. Çünki bu addım Azərbaycan vətəndaşının Konstitusiya hüquqlarının pozulması deməkdir. Çek sahiblərinin gözləntilərini və etirazını nəzərə alsaq, bu problemin hansisa formada həlli arzuolunandır. O vaxtı vətəndaşlar çeklər vasitəsilə hərraclarda iştirak edə və dövlət əmlaklarına sahib ola bilərdilər. Təəssüf ki, yaradılan bu imkandan yararlana bilməyənlər oldu. Yaxşı olardı ki, bu gün həmin vətəndaşlar üçün şərait yaradılsın və sahib olduqları vauçerlərdən səmərəli şəkildə yararlana bilsinlər. Çünki vauçerlərdən yararlana bilməyən vətəndaşların qarşısını kəsən məhz bəzi səlahiyyətli şəxslərin özbaşınalığı olmuşdu. Ümid edək ki, sözügedən problem qısa zamanda öz həllini tapacaq”.
O vaxtı özəlləşdirməyə çıxarılan bütün əmlakın vəzifəli şəxslər tərəfindən mənimsəndiyini vurğulayan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlıya görə, yaşadığımız dövrdə vətəndaşların hüquqlarının bərpası üçün addım atılması vacibdir:
“Əslində özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini saxlaya bilmədi. Bir qrup şəxslər vauçerlərdən düzgün istifadə qaydasını bildikləri halda vətəndaşlara bu barədə məlumat vermək istəmədi. Ona görə də sahib olduğu çekin dəyərini anlaya bilməyən insanlar yaranan şansdan istifadə edə bilmədi. Firkimcə,özəlləşdirmədə heç nə əldə edə bilməyən insanların siyahısı tutulmalıdır və onlara kompensasiya ödənməlidir. Kompensasiya məbləği isə indiki iqtisadi vəziyyətə əsasən müəyyən olunmalıdır. Son illər çek sahiblərinin müraciətlərini, eləcə də ictimai nüfuzlu şəxslərin çağırışlarını nəzərə alsaq, çeklərlə bağlı doğru qərarın verilməsinə ehtiyac var. İnsanlar sadəcə öz haqqlarının onlara verilməsini istəyirlər”.
Qeyd edək ki, bir müddət öncə internet üzərindən yayımlanan “Canlı Polemika” verilişində də yenidən vauçerlərlə bağlı problemə toxunulub.