18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Həftənin ilk “Açıq mikrofon” aksiyası Hacıqabulda baş tutdu-FOTO

Həftənin ilk “Açıq mikrofon” aksiyası Hacıqabulda baş tutdu-FOTO

Vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən “Açıq mikrofon” aksiyası bu dəfə Hacıqabul rayonunda baş tutub.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Sakinlər mənzilə və fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması, küçə qaz xəttinin çəkilməsi, uçotu pozulmuş təbii qazın dəyərinin hesablanması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər. Daxil olan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb və sakinlərə lazımi izahatlar verilib.

image-c856a9b9-2423-4d46-8b87-5733b1f12455image-180ce531-d393-473a-a9cd-eb3ba5df7ec0image-517311e6-c559-4eae-898c-a19fd507c5a8image-c5a180a9-97f2-466b-a279-f17b4e46e678-1

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın