31.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Silahlı Qüvvələrimizin modernləşdirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir

Silahlı Qüvvələrimizin modernləşdirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir

Silahlı Qüvvələrimizin modernləşdirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir

Azərbaycan Ordusu xalqımızın və dövlətimizin təhlükəsizliyinin təmin olunmasında ən mühüm amillər sırasındadır. Məhz bu səbəbdəndir ki,  26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd olunur. Eyni zamanda,  Qarabağ zəfəri ilə  böyük tarix yazan Silahlı Qüvvələrimizin adı   müasir tariximizə qızıl hərflərlə yazılıb.

Azərbaycanda müasir, nizami ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə  1993-cü ilin iyun ayında  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Hazırda isə  Silahlı Qüvvələrimizin modernləşdirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Cənubi Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Bu gün “Dəmir yumruq”Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

Hazırda sülh danışıqları davam edir. Ermənistan sülh prosesinə mane olması ilk növbədə onun ziyanınadır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib: “Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”.

Bu gün “Dəmir yumruq”Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkanlar yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamını nümayiş etdirdi. Biz Azərbaycan xalqı olaraq Ordumuzla hər zaman fəxr edirik!

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ordumuz Dünyanın ən güclü orduları sırasında…

Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bu sahədə tarixi uğurlar qazanmasını təmin və mümkün edib.

İnkaredilməz reallıqdır ki, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Görülən işlərin nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək qüdrətinə malikdir.

2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən döyüşlərdə Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri kontrol altına aldı.

2-5 aprel 2016-cı il tarixində baş verən Aprel döyüşləri Azərbaycan dövlətinin siyasi iradəsini, ölkəmizin Ermənistanın işğalçı, dünya birliyinin isə ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri Azərbaycanın Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığını, düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu göstərdi. Digər tərəfdən, Azərbaycan Ordusunun şanlı Aprel qələbəsindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Bunlarla yanaşı, Aprel döyüşləri erməni təbliğat maşınının “Ermənistan ordusunun gücü” haqqında formalaşdırdığı mifi dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərdilər. Yəni 2016-cı ilin Aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində mühüm rol oynadı.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi.Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılmasımilli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi.Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman verildi.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Milli Ordu quruculuğunda dönüş və yeni mərhələ başlamışdır.

Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir

Ulu Öndər Heydər Əliyevin dediyi ki, ordu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür. Əslində 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdi. Silahlı Qüvvələri Günü kimi 26 iyun tarixinin seçilməsi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması ideyasına sadiq qalan və əvvəlki dövlət rəhbərliyindən fərqli olaraq bu varislik ideyanın möhkəmləndirilməsinin və qorunmasının xalqımız üçün mənəvi, siyasi-hüquqi əhəmiyyətini dərindən dərk edən dahi Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsəlman Korpusunun adının dəyişdirildiyi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırıldığı tarixin – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə fərman verib.

Azərbaycan Ordusunun inkişafı, modernləşdirilməsi, döyüş qabliyyətinin artırılması Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilib, ümumiyyətlə, ordu quruculuğu dövlət quruculuğunun prioriet istiqamətinə çevrilib. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənib, müasir infrastruktur yaradılıb, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Prezidentin rəhbərliyi illərində xüsusilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət öz bəhrəsini verib və biz hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bütün dünyaya göstərib. Həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri başda olmaqla, hərbi analitiklər Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə olunan döyüş taktikasını dünya hərb tarixində yenilik hesab etməklə onun öyrənilməsinin vacibliyində həmfikirdirlər. Bu qüdrətli ordunu təşkil edən isə əlbəttə, vətənpərvər Azərbaycan əsgərləridir. Müzəffər Ali Baş Komandanın dəfələrlə fəxrlə vurğuladığı kimi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Dövlət də öz növbəsində hər zaman, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını qurban vermiş müharibə veteranlarına diqqət və qayğını ən yüksək səviyyədə həyata keçirir. Onların sağlamlığının bərpası, maddi təminatlarının yaxşılaşdırılması, mənzillə, avtomobillə təmin olunmaları, məşğulluq səviyyələrinin yüksəldilməsi Prezident başda olmaqla, hər bir dövlət məmurunun diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi 105 illik yolun təqdimatıdır

Rəşadətli Azərbaycan Ordusu 104 yaşını qeyd edir. 105 ildə keçilən yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Artıq iki ildir ki, hər bir bayramı Qələbə ruhunda qeyd edir, işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunmasından,  milli qürurumuzun özümüzə qayıtmasından fərəh hissi keçiririk. Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi  faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinə, siyasi, hərbi  terror aktlarına layiqli cavab oldu. Düşmən üzərində  Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdəsi,  Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimizin ifadəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşması həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları beynəlxalq səviyyədə diqqətlə araşdırılır, dünyanın hərb tarixi dərsliklərinə salınmasının vacibliyi bildirilir.  Tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin xalqa müraciətlərində, xarici mətbuata çoxsaylı müsahibələrində, beynəlxalq səviyyəli tədbirlərdəki hər bir nitqində  qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı bir dastana çevrildi.

Azərbaycanda  ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə sərgiləri, Azərbaycan Silahlı Qüvvələri Günündə  hərbi paradlar ölkəmizin bu sahədə malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Ordumuzun qüdrətinin beynəlxalq səviyyədə belə yüksək dəyərləndirilməsi təbiidir. Ermənistanı «məğlub edilmiş ölkə» adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, oğrular, əsgər yeməyini satanlar hesabına formalaşan Ermənistan ordusu fərarilərdən, qorxaqlardan ibarətdir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə,gələcəkdə də məhz belə olacaq!

Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Prezidentin 2022-ci il 5 mart tarixli fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.

Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu

Məlum olduğu kimi, milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb – 1918-ci ildən. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.

Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Bu, milli ordu quruculuğunda dönüş səhifəsi idi və dinamik bir proses kimi irəlilədi.Belə ki, Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Müstəqillik illərində ordu quruculuğu prioritet istiqamət oldu. Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu.1990-cı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

İlk nizami ordu quruculuğunun müəllifi

Yaranmasının 105-ci ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz Şanlı Ordumuz hər birimizin qürur yeridir. Əsası və təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sağlam təməllər üzərində qurulan, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Şanlı Vətən Müharibəsində düşmənə layiqli cavab verərək tarixi Zəfəri xalqımıza yaşatdı.

Xüsusi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı, bu istiqamətdə böyük uğurlar əldə olundu və Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi.

1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan Azərbaycan dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən  ölkə daxilindəki  xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Məhz bu çətin bir dönəmdə xalq öz nicat yolunu Azərbaycanımızın böyük oğlu Heydər Əliyevdə gördü və xalqın təkitli tələbi ilə Ulu öndər 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi, xalq öz xilaskarını böyük izdihamla və sevinc hissi ilə qarşıladı.

15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilən Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin xilası üçün bir çox sahələrdə düşünülmüş addımlar atmağa başladı. Bunlardan biridə ərazisinin bir qismi erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycan dövlətinin ordu quruculuğu sahəsi idi. Bəli, Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Ulu Öndər Heydər Əliyevdir. Ulu öndərin uzaqgörənliyi və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu formalaşdırıldı.

Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi.

Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi.

Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın