12.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Açıq qapı”da mühüm məqamlar açıqlandı-FOTO

“Açıq qapı”da mühüm məqamlar açıqlandı-FOTO

“2023-cü ilin yanvar-iyul ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 662 428 abonent 12 qəpik tariflə təbii qazdan istifadə edib”.

Qanunla.Az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə bu rəqəm ümumi abonentlərin 66,3 faizini təşkil edir. “754 649 abonent (ümumi abonentlərin 30,1%-i) 20 qəpik tariflə, 90 839 abonent isə (ümumi abonentlərin 3,6%-i) 25 qəpik tariflə təbii qazdan istifadə edib”, – deyə şöbə rəisi qeyd edib. Görüş zamanı Eldəniz Vəliyev qarşıdan gələn payız-qış mövsümü ilə bağlı hazırlıq işlərindən də danışıb. Qurum rəsmisinin sözlərinə görə korroziyaya uğrayan qaz xətləri yenisi ilə əvəz olunur, torpaqla təmasda olan xətlər dayaqlar üzərinə qaldırılır, siyirtmələrin dəyişdirilməsi, habelə yenisi ilə əvəzlənməsi və boyama işləri çox ciddi şəkildə həyata keçirilir. “Bütün bu proseslər SOCAR “Azəriqaz” İB-nin itkilərinə çox ciddi şəkildə təsir edib. Ümidvaram ki, görülən işlərin müqabilində ötən illərlə müqayisədə abonentlərimizin daha təhlükəsiz və davamlı şəkildə qaz təsərrüfatından istifadə edə bilmələrinə maksimum şərait yaradılacaq”, – deyə Eldəniz Vəliyev bildirib. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

image-2cbe4abc-0fe7-4689-a70c-d64b537e3c58image-469a64e7-6506-44c1-9b46-0ae99cdb3495image-491e2b90-54f7-4b61-a603-3b0f7dc3c4c1

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın