121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə seçiciləri qəbul edib.
Qafqazaz.com xəbər verir ki, onların bir qismi onlayn, digərləri isə ənənəvi qaydada qəbul edilib.
M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib.
Deputat bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Bir sıra məsələlər isə yerindəcə həll edilib.
Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.