21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

“Mən bilirəm ki, mənim maaşımdan 80 manat kəsilməlidir. Bunu özüm bilirəm, amma mənim maaşım bu ay hamısı kəsilib. Burda Hafiz müəllim, mənim rəisim Rövşən müəllim dedi ki, sənin artizanın xarab olub, ona görə bu ay maaşımın hamısı kəsilib.”

DogruXeber.az” bildirir ki, bu sözləri redaksiyamıza göndərilən videomüraciətdə Ağdam rayon sakini Rüstəmov İxtiyar Böyükkişi oğlu deyib.

O, bildirir ki, Ağdam Mexaniki suvarma idarəsində işləyir. Hər dəfə artizanlarda nasazlıq yarandığında təmiri üçün 80 manat onun, 124 manat sahə rəisi Rövşən adlı şəxsin maaşından tutulur. Bu dəfə isə “sənin artizanın xarab olub” deyərək, onun bütövlükdə maaşı kəsilib.

İnsanın öz hüquqlarını bilməməsinin yaranan ən böyük fəsadlardan biri də məhz Ağdam rayonunun bu sadəlövh, zəhmətkeş sakini İxtiyar Rüstəmov kimi haqqının əlindən alınmasıdır. Sahə rəisinin də maaşından “onunkundan daha çox tutulması” nağılına o, qədər ürəkdən inanıb ki, fürsət tapmışkən, öz dərdi ilə bərabər, onun da “dərd”ini ictimailəşdirməyi özünə borc bilib.

Amma, bu saf insanın “dili bu dəfə başına bəla olub”. Redaksiyamıza deyilən məlumata görə, onu gileyləndiyi üçün işindən azad etməklə təhdid ediblər.

Belə çıxır ki, Ağdam Mexaniki suvarma idarəsinin rəisi – eyni zamanda rayonun Xındırıstan kənd sakini Hafiz Əzimzadə səlahiyyətindən Sui-istifadə edərək, həmyerlisini həm ələ salır, həm də onun hər dəfə müxtəlif bəhanələrlə, sözün əsl mənasında “çörəyini əlindən alır”mış.

Yəqin, yayılan görüntülər isə bu “çörəyin əldən çıxması təhlükəsi”ni yaratdığı üçün, vətəndaşın “gözünü qorxutmaq fürsəti”ni də yoxlamaq istəyiblər. Hər halda, əldə etdiyimiz məlumata görə, vətəndaş özü bu barədə görüntüləri bizə göndərən şəxsə bildirib.

Görünür Zaur Mikayılovun istər Bakı və Sumqayıt şəhərləri ərazisində, istərsə də bölgələrdə fəaliyyət göstərən əməkdaşları vəzifə səlahiyyətlərinin hər detalından “səmərəli” istifadə etməkdə mahirdirlər. Amma, Hafiz Əzimzadə daha da irəli gedərək, işin “ağını çıxarıb.

Redaksiyamıza edilən müraciətlərdən, göndərilən məlumatlardan, eləcə də müxtəlif saytlarda dərc olunan vətəndaş şikayətlərindən və sair bəlli olur ki, Zaur Mikayılov rəhbərlik etdiyi “Melorasiya və Su Təsərrüfatı” ASC -ni – Dövlət Su Ehtiyatları Agentliyini şəbəkə biznesi kimi idarə edir.

Onsuzda Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Xəlilov nümunəsi, tutduqları vəzifədən necə istifadə etməyin, hansı yollarla yüksək gəlir əldə etməyin, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyev və onun işçisi Kənan bəy nümunəsi vətəndaşlarla kobud davranışların, onları təhdid və təhqir etməyin aşkar sübutudur sanırdıq, amma, sən demə onlardan da irəli getməyə cəsarət edən daha bir “qəhrəman” – Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə var imiş.

Yəqin, bu cəsarəti Hafiz Əzimzadəyə verən, illərdir korrupsioner əməlləri ilə mətbuatda gündəm olan Əhliman Kərimovu, Dövlət əmlaklarına ziyan vurmaq və digər vasitələrlə gəlir əldə edən Tahir Xəlilovu, Vətəndaşlarla məmur adına yaraşmayan şəkildə rəftar edən Etibar Nəbiyevi edilən şikayətlərə, yayımlanan faktlara rəğmən prokurorluq və aidiyyatı qurumun rəhbəri Zaur Mikayılovun hələ də qanunla cəzalandırmaması verir.

Adı çəkilən idarələrdən – Zərdab və Kürdəmir rayonunda təmirə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi yüz minlərlə qiyməti olan texnikaların yararsız vəziyyətdə qalmasına, lazımi işlərin (suvarma arxları və kollektorların təmizlənməsi) vaxtında aparılmamasına səbəb olur. Hafiz Əzimzadə isə bu barədə daha “geniş düşünərək”, həm təmir üçün ayrılan vəsaiti “çırpışdırmağ”ın, həm də yerli sakinlər bundan duyuq düşüb, sikayətçi olmasın deyə, problemi aradan qaldırmağın yolunu tapıb – hüququnu bilməyən əməkdaşların əmək haqqından kəsmək.

Yeri gəlmişkən, Şəmkir rayon Sarıtəpə kənd sakini Abbasəli İbrahimovun redaksiyamıza göndərdiyi videoda bu rayonda da uzun illərdir su görməyən və artıq dolmaq üzrə olan kollektorların, ərazi üzrə mexaniki suvarma idarəsinin təmirinə 60.000 (altmış min) manat vəsait xərcləndiyi deyilən (ən azından rəsmi sənədlərdə bu cür qeyd edilən) emalatxananın və bu emalatxananın ətrafında susuzluqdan məhv olmuş əkin sahələrinin görüntüləri öz əksini tapıb.

Vətəndaş dövlət büdcəsindən külli miqdarda vəsait xərclənərək alınan su nasoslarının istifadə olunmadığını deyir.

Maraqlıdır ki, bütün bunlara və rəhbərlik etdiyi idarənin Kənan adlı məsul əməkdaşının vətəndaş Abbasəli İbrahimovu telefonda təhqir etməsinə çox sərbəst reaksiya verən Şəmkir Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyevin mövqeyini öyrənmək üçün zəng etdiyimizdə, həmçinin ona, dediklərimizə dair görüntülərin və səs yazısının mövcud olduğunu bildirdiyimizdə birdən qanunları xatırladı. Səs yazmağın qanunsuz olduğunu deyib, bundan özünə haqq qazandırmaq üçün ipucu kimi istifadə etməyə çalışdı.

Demək ki, Etibar müəllim qanunları da, qanunda vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlətə ziyan vurmağın cinayət əməli olduğunu da gözəl bilir.

O, zaman sual yaranır, bu arxayın, sərbəst “fəaliyyət”in arxasında dayanan səbəb nədir?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? – Dövlət qurumunda “Dostluq birliyi” // VİDEO

Yerli “Yezid ordusu” fermerlərə zülm edir – VİDEO

“Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir” – VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti – VİDEO+FOTO

“Sudan sərvət çıxaran” məmurlar – VİDEO

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın