Peşəkar Ordu
Peşəkar Ordu.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalda qalan torpaqlarımızı azad etdi. Silahlı Qüvvələrimizin intizamı, peşəkarlığı, eyni zamanda, müasir hərbi texnikanın tətbiqi ilə düşmən döyüş meydanında diz çökdü. Xüsusən də, ordumuzun Xüsusi Təyinatlı Qüvvələri döyüş meydanında peşəkarlıq, cəsarət göstərdi. Vətən müharibəsində təbii ki, digər qoşun növlərinin əməyini, xidmətini danmaq olmaz. Eyni zamanda, könüllülərdən ibarət dəstələr də müharibədə qələbə qazanılmasına töhfəsini verdi. Amma nəzərə almaq lazımdır ki, peşəkar ordu qüvvələrinin fəaliyyəti qələbənin əsas meyarı oldu.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev Vətən müharibəsinin gedişatı zamanı keçirdiyi hərbi müşavirədə bildirmişdi ki, ordu quruculuğunda yeni meyarlara əsaslanmalı, bundan sonra modern üsullarla silahlı qüvvələrimiz inkişaf etdirilməlidir. Ölkə başçısı xalqa son müraciətində də bildirdi ki, Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün addımlar atılacaq.
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bu kimi gərginliyin qarşısının alınması üçün Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev
Lokal xarakterli antiterror tədbirləri.
Bildiyimiz kimi, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumları nəticəsində mülki vətəndaşlarımız və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları həlak olublar. Ona görə də bu təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub.
Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terrorlar və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi. Qondarma rejimin törətdiyi özbaşınalıq, erməni diversantlarının terrorçuluq fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız təkcə minaların qurbanı olub.
Həyata keçirilən antiterror tədbirləri zamanı Ermənistana məxsus olan döyüş vasitələri yüksək peşəkarlıqla sıradan çıxarılır, ordumuzun arsenalında olan müasir silahlarla düşmənin silah-sursatı, hərbi texnikası məhv edilir. Separatçılar mülki erməni əhalisindən istifadə edərək, onları hərbi təyinatlı obyektlərə gətirir və ya silahları yaşayış məntəqələrində yerləşdirirlər. Lakin, hərbi qulluqçularımız yüksək peşəkarlıqla davranaraq, mülki vətəndaşların olduğu yerləri hədəf almırlar.
Ermənistanın sıradan çıxarılan silahları, məhv edilən qurğuları ilə bərabər, mülki şəxslərə hərbi əməliyyatlar yerinin tərk edilməsi, silahlılara yardım edilməməsi barədə Müdafiə Nazirliyimizin yaydığı məlumatlar da müsbət nəticəsini verəcək. Məğlubiyyəti hiss edən separatçılar ən qısa zamanda xunta rejimini ləğv edərək, silahlarını təhvil verməyə və təslim olmağa məcburdurlar”.
Zərdab rayon salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov
Antiterror tədbirləri təhrik edən erməni təxribatları
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Erməni separatçıları Qarabağda öz mövqelərini möhkəmləndirmək istəyirlər. Məqsədlərindən biri də ordumuza qarşı müxtəlif əməliyyatlar keçirməkdir. Onlar həm də ordumuzla öz aralarında təmas xətti formalaşdırmağa çalışırlar. Lakin 44 günlük Vətən müharibəsindən sonra təmas xətti anlayışı artıq yoxdur. Bütün hallarda ermənilərin bu hərəkətləri yolverilməzdir. Bütün bu təxribatların qarşısı alınmalıdır və alınır. Ölkəmiz sülhü dəstəkləyir. Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla Azərbaycanla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Son günlər bu ölkənin silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutur. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradır. Belə ki, Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən götürdüyü öhdəliklərə əməl etməlidir. Qarşı tərəf sabitliyin bərqərar olmasında maraqlı deyil. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Bununla belə, ölkəmiz hər zaman olduğu kimi, sülhün tərəfdarı qismində çıxış edir. Azərbaycan qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir – 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır – Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Azərbaycan mövqeyində qətidir – Qarabağla bağlı heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva
Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmir. Son aylarda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi gərginliyin artırılmasına səbəb olub. Ermənistan təcəvüzkar siyasətini davam etdirərək sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdırlar.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Prezident cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistanın ən kiçik təxribatının belə qarşısı qətiyyətlə alınacaq. Ermənistan təxribatlara son qoymalı, sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi üçün real addımlar atmalıdır. Təxribatlar Ermənistan xalqına yalnız faciələr gətirəcək. Sərhəd bölgəsində əhalinin evlərini tərk etməsi, Ermənistan əhalisinin təşviş içində olması bu ölkənin hansı vəziyyətdə olduğunu bir daha göstərir.
Allah Azərbaycan əsgərini qorusun, şəhidlərimizə allah rəhmət eləsin.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər
Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin son bir neçə ayda müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Həmçinin son dövrlər döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Bir sözlə, Ermənistan ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətindən əl çəkmək istəmirdi.
Bütün bu təhdidlərdən irəli gələrək ölkəmiz üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı oldu.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycan Respublikasının kiçikdən başlamış böyüklərə qədər bütün vətəndaşlar, ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər.
Azərbaycanın həyata keçirdiyi cəmi bir günlük anti-terror tədbirləri nəticəsində qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı oldular. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Bizlər hər zaman olduğu kimi bu gündə əminik ki, ölkə başçımızın yürütdüyü məqsədyönlü siyasət qələbə çalacaq və zəfər bizim olacaq.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva
Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu çərçivədə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar. Bütün bunlara cavab olaraq, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Mən inanıram ki, xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın suverenliyi, inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir. Bu bizim hər birimizin ilk növbədə vətəndaşlıq borcumuzdur. Sonda bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilir. Bir sözlə,Azərbaycan mövqeyində və tələbində haqlıdır. Azərbaycanın qanunlarının aliliyi təmin olunmalıdır. 44 günlük Vətən müharibəsində olduğu kimi bu antiterror tədbirlərində də bütün xalq Prezident cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayır.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova