24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir
24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cənab Ali baş Komandan İlham Əliyevin birbaşa göstərişi ilə ilk dəfə 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı bu yolda mühüm addımların atıldığını, silahlı qüvvələrimizin gütdikcə daha yüksək səviyyəyə çatdırıldığını sübut edir.
Müharibədən sonrakı keçən hər gündə Azərbaycan Ordusunun güclənməsi sahəsində çox böyük işlər görülmüşdür. Bu özünü həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərindən göstərir. Ordumuz ən müasir silahlarla silahlanıb, döyüş qabiliyyəti artıb. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılıb, demək olar ki bütün sərhəd boyu ərzilərimizə tam nəzarət təmin edilib. Cənab Ali Baş Komandan İlham Əliyev yaratdığı qüdrətli, müzəffər ordunun gücündən və Vətən müharibəsində ortaya qoyulan qətiyyətdən söz açaraq bildirib ki, Azərbaycan get-gedə daha da güclənir və bu proses davam etdikcə silahlı qüvvələrimiz də modernləşir. Yeni açılan hərbi hissə isə torpaqlarımızın müdafiə və mühafizəsində çox mühüm tapşırıqları yerinə yetirəcək. Qalib komandan hər zamankı kimi, bir daha işğalçı Ermənistana mesajlar ünvanlayıb və bu dəfə sərt xəbərdarlıq edib: ”Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz.
Elvin Xəlilov-Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru