22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Azərbaycan əməkdaşlığa açıq ölkədir.

Azərbaycan müstəqil bir ölkə kimi regional və beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Dövlətimiz sürətlə inkişaf edir və möhkəmlənir. Ölkəmizin siyasi və iqtisadi gücü artır. Son illər Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə məsulliyyətlə yanaşır, vaxtında verdiyi düzgün qərarlarla etibarlı tərəfdaş olduğunu sübut edir. Ölkəmiz möhkəmləndikcə böyük dövlətlər bizə maraq göstərir, bizimlə tərəfdaşlıq etmək istəyirlər.

Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi təhlükəsizlik sahəsində də əməkdaşlıqda özünü təsdiq edir. Prezident cənab İlham Əliyevin hərbi təhlükəsizlik sahəsində apardığı düzgün siyasət və əməkdaşlıq nəticəsində uzun illər düşmən tapdağında qalan doğma vətənimiz işğaldan azad olundu. Cənab İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktəetməyi bacaran ölkəyə çevirib. Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.

Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident cənab İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə nüfuzunun yüksəlməsini şərtləndirib.  Cənab İlham Əliyevin son illərdə  uğurlu siyasi-diplomatik fəaliyyəti, tam müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər. Azərbaycan bütün qonşu ölkələrlə dostluq və qardaşlıq çərçivəsində əməkdaşlıq edərək bundan sonra da yeni uğurlara imza atacaq.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır.

Ölkə başçımız cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən, strateji əhəmiyyət hədəfləyən ” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, eyni zamanda gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər Dövlət Proqramında əks olunan vacib məsələlərdəndir.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Erməni vandalizmin təzahürləri

İşğaldan azad olunmuş ərazilərin mövcud vəziyyəti erməni vandalizminin təcəssümüdür. Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq şəhərlərə qarşı, mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyinin şahidi oluruq. Bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən kitabxana, mədəniyyət sarayı, klub və mədəniyyət evi dağıdılıb.

Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Hazırda işğaldan azad edilən ərazilərdə Ermənistan tərəfindən illərdir maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktları aşkarlanıb. Bu gün Azərbaycanda erməni millətçilərinin zülmündən bu və ya başqa formada zərər çəkməyən ailə tapmaq çox çətindir.  İnanırıq ki, vaxt gələcək ermənilər xalqımıza qarşı törətdikləri soyqırımı hadisələrinə görə tarix qarşısında cavab verəcəklər.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın