Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir
Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir
Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.
Vətən Müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. “Qarabağa böyük qayıdış” planı Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi prosesdir. 44 günlük II Qarabağ savaşındakı parlaq qələbəmizdən sonra bu plan ətrafında gedən işlər sürətlənib. İşğaldan azad edilmiş ərazilərimizdə təmir-bərpa işlərinin sürətlə getməsi bunu deməyə əsas verir. Əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Artıq işğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin baş planı hazır olmaqla yanaşı uğurla icra edilməsinə başlanıb. Hazırda düşməndən azad edilən ərazilərimizdə geniş miqyasda tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında indi bir coşğunluq yaşanır, yeni layihələrin icrasına start verilir.
Qarabağ və Şərqi Zəngəzur rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışların olması tədqirəlayiq haldır. Azərbaycan bu gün işğaldan azad etdiyi torpaqları öz gücü və imkanları ilə bərpa edir. Bu, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə dövlətimizin siyasi iradəsinin nümayişidir, dövlətimiz bu proqramı qəbul etməklə dünyaya göstərir ki, bizim öz hərbi gücümüzlə torpaqlarımızı işğaldan azad etmişik.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva
İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır.
30 ildən sonra Qarabağ düşmən işğalından azad edildi və hazırda cənab prezidentin tam nəzarəti altında bu qədim Azərbaycan məkanında hərtərəfli bərpa işlərinə başlanmışdır. Həm qiymətləndirmə, həm də yenidənqurma işlərinə, necə deyərlər, start verilib və proses uğurlu şəkildə davam edir. Erməni tərəfi uzun illərdir ki, Azərbayacanın iqtisadiyyatına, ekologiyasına, sosial mühitinə, mədəni irsinə yüz milyardlarla ölçüləsi miqdarda ziyan vurub. Bu gün biz Qarabağı yenidən qururuq. Qarabağın müstəqil dövlətimizin yeni iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində böyük işlərə başlamışıq. Çünki ermənilər burada hər şeyi viran qoyub, dağıdıb, məhv edib. Bu gün Qarabağ iqtisadiyyatının dirçəlməsi, inkişafı və ordakı həyatın yenidən canlanması naminə dövlətimiz tərəfindən bütün işlər görülür. Biz işğaldan azad olunmuş 20 faiz torpaqlarımızda yeni iqtisadiyyat quracağıq və milli iqtisadiyyatımıza inteqrasiya etməsi üçün də lazımi şəraiti yaradacağıq.
İşğaldan azad olunmuş ərazilərin bərpası zamanı bütün mədəni-tarixi abidələrin özünəməxsusluğunun qorunub-saxlanılması xüsusi diqqət mərkəzindədir. Heç şübhəsiz erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılmış rayon və şəhərlər ən müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulacaq. İşğaldan azad olunmuş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir infrastrukturun yaradılması, bütün sahələrdə bərpa-quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir. İnsanlarımızın məşğuliyyətini təmin etmək üçün yeni iş yerlərinin yaradılması istiqamətində də bir sıra işlər görülməkdədir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində daimi iş yerləri yaradılır. Xüsusilə bölgənin turizm potensialını, təbiətini, tarixi abidələrini nəzərə aldıqda burada tikilən yeni otellər nəticəsində yeni iş yerlərinin yaradılması ilə yanaşı, eyni zamanda bölgə cazibə mərkəzinə çevriləcəkdir.
Sözsüz ki, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri Azərbaycanda yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafına səbəb olacaq. Qazanılan böyük Zəfərin ardından geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq və bu ümumən bölgənin inkişafına gətirib çıxaracaq.
Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov
Erməni vandalizmi
Tarixdən məlumdur ki, erməni vəhşiliyinin hədd-hüdudu yoxdur. Onlar fürsət ələ keçən kimi qadın, uşaq, qoca, xəstə demədən bütün dinc əhalini qətlə yetirirlər. Biz bunun Birinci Qarabağ müharibəsi zamanı da şahidi olduq. Onlar çirkin məqsədlərinə çatmaq üçün Xocalıda və digər yaşayış məntəqələrində minlərlə dinc vətəndaşımızı yaşına baxmadan güllədən keçirmişlər. Amma 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunarkən ermənilərin təbiət düşməni olduğunu da gördük. 30 illik işğal dövründə ermənilər təbii sərvətlərimizi vəhşicəsinə istismar edərək ekologiyamıza böyük ziyan vurmuşlar. Buradakı mədənləri istismar edərkən heç bir ekoloji normaya əməl etməyərək torpağa və su hövzələrinə qənim kəsilmişlər. Onlar bu qanunsuz fəaliyyətlərinə xarici şirkətləri də ortaq etmişlər. Prezident cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ermənilərin bu qanunsuz əməllərinə ortaq olub ölkəmizin təbii sərvətlərini talan edən və ətraf mühitə zərər vuran şirkətlər cəzasız qalmayacaq, məhkəmə qarşısında cavab verəcəklər.
Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra şanlı ordumuzun əks-hücum əməliyyatları və ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq rəşadətli Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyəcəyini dərk etdi və diz çökdü!
44 günlük müharibə ərzində dünya bir daha erməni vandalizminin, erməni faşizminin şahidi oldu. Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlərin 99 faizi dağıdılıb. Düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək,düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev